Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-270/2022 04.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Ramin Quliyevin Borclu məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Ramin Quliyev Borclu məcburi gətirilməsi barədə təqdimatla Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4075/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, Borclu 3300 manat pul vəsaiti tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir)-nin xeyrinə ödənilməlidir. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə getməkdən boyun qaçırmışdır. İcra sənədi icraata xx.xx.2015-ci il tarixdə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra olunması üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bugünədək icra sənədi üzrə tələbi təmin etməmişdir. İcra məmuru tərəfindən müvafiq qərar qəbul edilərək, xx.xx.2022-ci il tarixdə Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-4075/2015 saylı, 08 iyul 2015-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 2507,45 manat əsas borc, 705,55 manat faiz borcu, 87 manat cərimə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 3330 manat məbləğində pul tutulması qət edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, borclu ünvan 2 ünvanında yaşayan Borclu Nəsimi rayon icra şöbəsinə məcburi qaydada gətirilməlidir. Şərh olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin olunsun. ünvan 2 ünvanında yaşayan Borclu Nəsimi rayon icra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №8(006)-270/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-270/2022
04.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver