Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-273/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, İcra sənədi üzrə Borclu iştirakı ilə, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş “borclunun əmlakları üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimata Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-151/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “Vaz-21063” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı və “Qaz 31105 120” minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur.
2. Hazırda icra sənədi üzrə borclu icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-151/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı Borclu məxsus “Vaz-21063” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı və “Qaz 31105 120” minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi edilməsini xahiş etmişdir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, icra məmuru və tələbkar (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4174/2021 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cəmi 17.667.18 manat məbləğində pulun Borclu alınaraq Tələbkar-yə ödənilməsi barədə qətnamə qəbul edilmişdir.
6. Tələbkar tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4174/2021 nömrəli icra vərəqəsi üzrə öhdəlik yerinə yetirilmişdir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsini rəhbər tutaraq icra sənədinin icrasına xitam verilməsi xahiş edilmişdir.
7. Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025 -ci il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4174/2021 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraata xitam verilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon e-2(006)- 4174/2023 nömrəli, xx.xx.2023-cü il tarixli sənədinin icrasının təmin edilməsi məqsədilə icra məmurunun təqdimatı əsasında məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə icra sənədi üzrə Borclu məxsus “Vaz-21063” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı və “Qaz 31105 120” minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur.
11. Tələbkar tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən müəyyən edilir ki, icra vərəqəsi üzrə öhdəlik yerinə yetirilmişdir və hazırda borcluların həmin məhkəmə sənədi üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir. Tələbkar həmin məktubla icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir.
12. Nəsimi rayon İcra şöbəsi xx.xx.2025-ci il tarixli qərarla qeyd olunan icra sənədi üzrə icraata xitam vermişdir.
c) Məhkəmənin mövqeyi:
13. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, icra sənədində göstərilən tələb borclu tərəfindən təmin edildiyindən, hazırda borclunun tələbkara borcu qalmadığından və icra sənədinin icrasına xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş qərar qanuni olduğundan, icra məmurunun təqdimatı əsasında məhkəmənin müvafiq qərarı ilə borclunun əmlakının üzərinə qoyulmuş həbsin saxlanılmasına zərurət qalmamışdır.
14. Buna görə də məhkəmə hesab edir ki, hazırkı ərizə əsaslı olduğundan təmin edilməli, mübahisələndirilən qərardad ilə borclunun əmlakı üzərinə qoyulmuş həbs götürülməlidir.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
15. «İcra haqqında» Azərbaycan Respublikası Qanunu: 20.1, 20.1.5-ci maddə. İcra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.2-ci maddə. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.4-20.5-ci maddə. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.7-ci maddə. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. 20.8-ci maddə. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir.
16. Beləliklə, məhkəmə bütün materiallara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Nəsimi Rayon Məhkəməsinin 8(006)-151/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı Borclu məxsus “Vaz-21063” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı və “Qaz 31105 120” minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülməli, qərardadın icrası Nəsimi rayon İcra Şöbəsinə və Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilməlidir.
Nəticə:
17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Təqdimat təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4174/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus “Vaz-21063” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı və “Qaz 31105 120” minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Nəsimi rayon İcra Şöbəsinə və Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin.
Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova