Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-274/2023 22.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Borclu iştirakı ilə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Ramin Quliyevin icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatına, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Ramin Quliyev, Borclu məxsus məxsus “Opel Astra” minik markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 14 saylı Notariat Kontorunin 8249 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 4168,36 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "Azərbaycan Beynəlxalq Banki” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı Şəhəri 14 saylı Notariat Kontorunin 8250 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 1409,75 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "Azərbaycan Beynəlxalq Banki” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədləri Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Opel Astra” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Borclunun mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması haqqında icra məmuru xx.xx.2022-ci il tarixdə qərar qəbul edərək icra olunması üçün Azərbaycan Respublikası Baş X1 İdarəsinə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında Borclu təqdimatın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Nəsimi rayon icra şöbəsinin nümayəndəsi, tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişlərdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimata əlavə edilmiş Bakı şəhəri 14 saylı Notariat Kontorunin 8249 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 4168,36 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "Azərbaycan Beynəlxalq Banki” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri 14 saylı Notariat Kontorunin 8250 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 1409,75 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "Azərbaycan Beynəlxalq Banki” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İş materiallarında olan Borclu Bakı şəhəri Nəsimi rayon İcra şöbəsində xx.xx.2022-ci il tarixdə vermiş olduğu izahatının surətindən görünür ki, Bakı şəhəri 14 saylı Notariat Kontorunin 8249 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədindən məlumatı olmuşdur. İcra sənədi üzrə tələbin bügünədək tam şəkildə icra etməməsinin səbəbi işləməməklə maddi vəziyyətinin aşağı olmasıdır. İcra sənədi üzrə borcu tam şəkildə xx.xx.2022-ci il tarixədək ödəyəcəyini qeyd etmişdir. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri 14 saylı Notariat Kontorunin 8249 nömrəli, xx.xx.2021-ci il tarixli və Bakı şəhəri 14 saylı Notariat Kontorunun 8250 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədləri Borclu tərəfindən icra edilməmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45-ci (45.2-45.3, 45.5-45.6cı) maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. İşdən müəyyən edilir ki, borcluya könüllü icra barədə bildiriş göndərilsə də, icra sənədi icrasız qalmışdır. Eyni zamanda icra məmuru tərəfindən borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərin və ya şəxsi mülkiyyətində hər hansı əmlakının olub-olmaması barədə müxtəlif banklara sorğular verilmişdir. Sorğulara verilmiş cavablardan müəyyən edilir ki, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitləri mövcud deyil. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, “Opel Astra” minik markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən “İcra haqqında” Qanuna görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, borclu icra sənədinin icrası qaydasında ödəməli olduğu pulu ödəmədiyindən, Bakı şəhəri 14 saylı Notariat Kontorunin 8249 nömrəli, xx.xx.2021-ci il tarixli və Bakı şəhəri 14 saylı Notariat Kontorunin 8250 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərinin təmini ilə bağlı borclunun daşınar əmlakının üzərinə həbsin qoyulması məqsədəmüvafiqdir. Belə ki, borclu tərəfindən borc ödənilmədiyi təqdirdə tələbkarın maraqları pozulur ki, bu da yolverilməzdir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Beləliklə məhkəmə hesab edir ki, borclular tərəfindən icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da, icra sənədinin icrası mümkün olmadığından, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Opel Astra” minik markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu – xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş Borclu məxsus “Opel Astra” minik markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-274/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-274/2023
22.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver