Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-275/2022 12.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Pərviz Babayevin Borclu məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Pərviz Babayev Borclu məcburi gətirilməsi barədə təqdimatla Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3171/2015 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, Borclu və X1 müştərək qaydada cəmi 14595,97 ABŞ dolları və 30 manat dövlət rüsumu tutularaq tələbkar “Finca Azerbaijan” X2-Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Borclu və X1 müştərək qaydada 30 manat ödənilmiş dövlət rüsumu tələbkar “Finca Azerbaijan” X2- Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 410/2015-ci il tarixli icra sənədinə əsasən, Borclu Tələbkar3 xeyrinə 17.000 manat məbləğində pul tutulmalıdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-7561/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu Tələbkar2 xeyrinə cəmi 10.030 manat məbləğində pul tutulmalıdır. İcra sənədləri şöbənin icraatına xx.xx.2015-ci il, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixlərdə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü icra olunması üçün Borclu bildirişlər göndərilmişdir. Lakin, borclu icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərarlara və çoxsaylı xəbərdarlıqlara heç bir münasibət bildirməmiş və məhkəmə qərarlarının icrasından üzrsüz səbəbdən yayınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-3171/2015 saylı, 09 iyun 2015-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu və X1 müştərək qaydada “Finca Azerbaijan” X2-Bank Kredit Təşkilatının xeyrinə 13.009 ABŞ dolları 97 sent əsas, 1386 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, cəmi 14.595 ABŞ dolları 97 sent pul vəsaitinin milli manat məzənnəsinə uyğun olaraq tutulması, həmçinin Borclu və X1 müştərək qaydada “Finca Azerbaijan” X2-Bank Kredit Təşkilatının xeyrinə 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-410/2015 saylı, 24 iyun 2015-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu iddiaçı Tələbkar3 xeyrinə 17.000 manat məbləğində pul tutulması qət edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-7561/2016 saylı, 10 oktyabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən, Borclu Tələbkar2 xeyrinə 10.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 10.030 manat məbləğində pulun tutulması qət edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, borclu ünvan 1 ünvanında yaşayan Borclu Nəsimi rayon icra şöbəsinə məcburi qaydada gətirilməlidir. Şərh olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin olunsun. ünvan 3 ünvanında yaşayan Borclu Nəsimi rayon icra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №8(006)-275/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-275/2022
12.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver