Məhkəmə qərarları › İş №8(006)-289/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-289/2024

24.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-289/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə Borclu Maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1372/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Tələbkar cavabdehlər Maraqlı şəxs, X7, Borclu və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları, onların mənzildən istifadə hüquqlarına xitam verilməsi, eyni zamanda iddiaçı kimi qeyd olunan mənzilə köçürülməyinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1372/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməklə cavabdehlər Maraqlı şəxs, X10, Borclu və X3 Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 83 saylı evin 9 saylı mənzilindən çıxarılması, iddiaçı Tələbkar Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 83 saylı evin 9 saylı mənzilinə köçürülməsi, hazırkı qətnamənin qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Maraqlı şəxs, X10, Borclu və X3 Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 83 saylı evin 9 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5209/2023 saylı 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1372/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-415/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5209/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Borclu Maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1372/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1372/2023 saylı qətnaməsinə əsasən onun və ailə üzvlərinin Nəsimi rayonu, Nizami küçəsində yerləşən 83 saylı evin 9 nömrəli mənzildən çıxarılması qət edilmişdir. İlk olaraq qeyd etmək istəmişdir ki, onun və ailə üzvlərinin yalnız mənzildən çıxarılması təmin edilmişdir. Buna baxmayaraq Nəsimi Rayon İcra Şöbəsi tərəfindən qeyri-qanuni iş görülərək, qətnamədə qeyd olunmayan qeydiyyatdan belə onları çıxarmışdırlar. Bundan başqa Bakı şəhəri, Nəsimi Rayon İcra Şöbəsinin rəis vəzifəsini icra edən 1 dərəcəli ədliyyə qulluqçusu Şamxal Quliyev tərəfindən xx.xx.2024-cü il tarixdə el76661/2024-5-15-002 nömrəli qöndərilmiş sənəddə qeyd edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1372/2023-030 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən o və onun ailə üzvləri ünvan 1 ünvandan çıxarılmalıdırlar. Belə ki, həmin mənzilin payçısı X4r. X5 həmin mənzilin ½ hissəsi məxsusdur. Məhs buna əsasən X9 tərəfindən 02 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisində **********355 nömrəli ərizəyə əsasən onu və onun ailə üzvlərini Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 83 saylı evin 9 nömrəli mənzilə ona düşən hissəyə köçürülməsini, həmin mənzildə yaşamasını və qeydiyyata alınmasına etiraz etməmişdir. Məhs buna əsasən onun və ailə üzvlərinin tərəflərindən həmin mənzildə yaşayırlar. Mənzilin özündə tərəflərindən X5 məxsus olan payda yaşanılır. Yuxanda qeyd olunanlara əsasən hesab etmişdir ki, Nəsimi Rayon İcra Şöbəsinin İcra məmuru Murad Xudaverdiyevin icraatında olan e-176661/2024-515-002 nömrəli icra işinə xitam verilməlidir. Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsi, tələbkar və borclular ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, tələbkar və borclular isə məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmamışdır. Məhkəmə şikayətin dəlillərini işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1372/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdehlər Maraqlı şəxs, X10, Borclu və X3 Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 83 saylı evin 9 saylı mənzilindən çıxarılmalı, Tələbkar Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 83 saylı evin 9 saylı mənzilinə köçürülməlidir. «İcra Haqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən, 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Borclu Maraqlı şəxs icra sənədi üzrə icraata xitam verilməli olması əsası kimi yaşadıqları mənzilin paylı mülkiyyət olmaqla, onların tələbkara aid hissədə deyil digər mülkiyyətçiyə aid hissədə yaşadıqları dəlilləri durmuşdur. Bu dəlilini isə X2 notariat qaydasında Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 83 saylı evin 9 saylı mənzilindən paylı mülkiyyət üzrə ona məxsus ½ mənzilə Maraqlı şəxs, X10, Borclu, X1, həmin mənzildə yaşamasına və qeydiyyata alınmasına etirazının olmadığı barədə ərizəsi ilə sübut etməyə çalışmışdır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, borcluların Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 83 saylı evin 9 saylı mənzilindən çıxarılmaları barədə qətnamə və qətnamənin onların həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Bunu notarial qaydada təsdiq edilmiş hər hansısa ərizə ilə dəyişdirmək mümkün deyildir. Digər tərəfdən məhkəmə qeyd edir ki, bir qayda olaraq paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılaşması əsasında həyata keçirilir. Belə ki, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqlarına uyğun şəkildə paylı mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əmlakın digər mülkiyyətçisi olan X2 özünə məxsus hissədə borcluların qalmalarına razılıq verməsi Tələbkar mülkiyyət hüququnun pozulmasına, mülkiyyət hüququnun ünsürləri olan səlahiyyətlərdən istifadə etməsinə maneçilik törədirsə, o, paylı mülkiyyətçi olaraq həmin maneçiliyin aradan qaldırılması məqsədilə müvafiq tədbirləri görə bilər. Çünki ümumi əşyaya sahiblik və ondan isifadə qaydalarını müəyyənləşdirərkən mülkiyyətçilərin hər birinə mənsub olan bu hüququnun məhdudlaşdırılması yolverilməzdir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, borclu Maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1372/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Borclu Maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1372/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar