Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-290/2023 18.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin nümayəndəsi Rüfət Şıxəliyevin, Tələbkarın nümayəndəsi X3 iştirakları ilə, Borclu Nəsimi rayon icra şöbəsinə məcburi gətirilməsi barədə Nəsimi rayon icra şöbəsinin icra məmuru Cəlaləddin Əliyevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Cəlaləddin Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu Nəsimi rayon icra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5212/2021-002 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Xəzər GETYM dən 11840 manat borc tutularaq Tələbkar xeyrinə ödənilməlldir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraatıma daxil olduqdan sonra İcraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi uzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu Xəzər Gənclərin X1 icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq İcra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin nümayəndəsi Rüfət Şıxəliyev təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında tələbkarın nümayəndəsi təqdimatın təmin olunmasını xahiş etdi. Borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsada, borclu məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5212/2021-002 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Xəzər GETYM dən 11840 manat borc tutularaq Tələbkar xeyrinə ödənilməlldir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borcluya Nəsimi Rayon Məhkəməsinin yuxarıda adı çəkilən icra sənədinin icrası ilə əlaqədar icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası barədə bildiriş rəsmi qaydada təqdim edilmiş, həmçinin görünür ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmuru tərəfindən borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarından müəyyən olunur ki, Borclu Xəzər Gənclərin X1 rəhbəridir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd edilməlidir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, borcluya icra sənədinin icrası ilə əlaqədar icraata başlama haqqında qərarın, tələbin könüllü icrası barədə bildirişin təqdim edilməsinə və icra şöbəsinə gəlmədiyi təqdirdə məcburi gətirilməsi barədə tədbir görüləcəyi barədə xəbərdarlıq olunmasına baxmayaraq nə qanunla müəyyən edilmiş müddətdə, nə də keçən müddət ərzində icra sənədinin icrasını təmin etməməklə icra məmurunun çağırışları üzrə gəlməkdən üzürsüz səbəbdən yayınmışdir. Məhz bu hərəkətləri ilə borclu icra sənədinin icrasını mümkünsüz etdiyindən məhkəmə hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5212/2021-002 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.1960-cı il tarixdə Bərdə şəhərində doğulmuş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, Dalan 2 ünvanda qeydiyyatda olan Borclu Nəsimi rayon icra şöbəsinə məcburi gətirilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-290/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-290/2023
18.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver