Məhkəmə qərarları › İş №8(006)-292/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-292/2022

23.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-292/2022 23.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6458/2021-009 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “VAZ-21061” minik markalı, **-DT- *** dövlət qeydiyyat nişanlı, “VAZ-21214” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı və “VAZ- 21074” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Rövşən Əhmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Rövşən Əhmədovun məhkəməyə təqdim etdiyi təqdimatından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6458/2021-009 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu 19.000 manat maddi ziyan vı 30 manat dövlət rüsumu pul tutularaq tələbkar X1 xeyrinə tutulmalıdır. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. EMF sisteminə əsasən, Borclu məxsus “VAZ-21061” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21214” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21074” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6458/2021-009 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus “VAZ-21061” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21214” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21074” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobiilərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Borclu təqdimata etiraz edərək onun təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayon İcra şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə təqdimata Nəsimi rayon İcra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə borclunun izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Rövşən Əhmədovun təqdimatı təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6458/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Borclu 19.000 manat maddi ziyan və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı X1 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, Borclu adına “VAZ-21061” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21214” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21074” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdan keçmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləridır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 173-174 maddələrini və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43-45-ci, 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Rövşən Əhmədovun «borclunun əmlakı üzərinə həbs qoyulması» tələbinə dair təqdimatı təmin edilsin. Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-6458/2021-009 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “VAZ-21061” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21214” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21074” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardadın icrası Nəsimi rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra on gün müddətində ondan Nəsimi rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar