Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-298/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Maraqlı şəxs ƏƏSMN-nin tabeliyində DSMF-in Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə Ərizəçilər Tələbkar1 və Tələbkar2 tutulmalı pul məbləğinin indeksasiyasına dair ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Tələbkar1 və Tələbkar2 ərizə ilə məhkəməyə müraciət edərək, Xəzər GETYM tərəfindən əmək haqqı ödənişləri üzrə Tələbkar1 DSMF-dəki hesabına 28834,77 manat istehlak qiymətləri indeksinin 2*23-cü il üzrə illik səviyyəsinə əsasən hesablanmış əlavə 2537,46 manat, *1.*1.2*24-cü il tarixə borc cəmi 31372,23 manat və Tələbkar2 DSMF-dəki hesabına 5734,46 manat və istehlak qiymətləri indeksinin 2*23-cü il üzrə illik səviyyəsinə hesablanmış əlavə 5*4,63 manat, *1.*1.2*24-cü il tarixə borc 6239,*9 manat cəmi əlavə hesablama 3*42,*9 manat olmaqla, ümumilikdə 31372,23+6239,*9=37611,32 manat məbləğində olan borc, Xəzər GETYM-dən tutularaq bizim DSMF-dəki şəxsi hesablarımıza uyğun olaraq qeyd edilən məbləğlər dəyərində hesablamaların aparılmasını və ödəniməsini təmin edilməsi, habelə vergi xidmətindən Tələbkar1 (FİN kodu xxxxxxx , SSSN *2*61962***13) üzrə 31372,23 manat və Tələbkar2 (FİN kodu *2*11989**244)üzrə 6239,*9 manat, cəmi 37611,32 manat olan 1-dən tutaraq müvafiq olaraq bizim DSMF-dəki şəxsi hesablarına ödənilməsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar1 *9.12.2*24-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ərizədən imtinanın qəbul edilməsi haqqında qərardad qəbul edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında maraqlı şəxs ƏƏSMN-nin tabeliyində DSMF-in Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X2 ərizəyə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.*.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Məhkəmə hesab edir ki, ərizəçi müraciətinin baxılmadan geri qaytarılmasını xahiş etdiyindən, ərizə baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçilər Tələbkar1 və Tələbkar2 tutulmalı pul məbləğinin indeksasiyasına ərizə baxılmamış saxlansın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-298/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-298/2024
17.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver