Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-3/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, X1, onun nümayəndəsi və vəkili Vəkil oğlunun, Maraqlı şəxs "xxxx" QSC-nin nümayəndəsi X5 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1079/1999 saylı xx.xx.1999-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsinə dair X3 tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarına əsasən icra şöbəsinin icra məmuru Azər Heydərov tərəfindən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.5-ci və 20.2-ci maddələrini rəhbər tutularaq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1079/1999 nömrəli xx.xx.1999-cu il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. X3 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli 2-1079/1999 saylı qətnaməsi ilə X4 Azərbaycan Dəmir Yolları QSCyə qarşı iddiası təmin edilmiş və Azərbaycan Dəmiryolu İdarəsindən 68556000 manat alınaraq X6 ödənilməsi, AR Dəmiryol İdarəsindən 10.283.400 manat dövlət rüsumu alınaraq Respublika büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamə xx.xx.1999-cu il tarixdə qanuni qüvvəsini almışdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.1999-cu il tarixli 2-1079/1999 saylı icra sənədinin dublikatı Bakı şəhər Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhər Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Azər Heydərov tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhər Nəsimi rayon məhkəməsinin qərarı 23 il müddətində icra edilməmişdir. X2 2023-cü ilin 14 aprel tanxində Nəsimi rayon məhkəməsinə ərizə ilə müraciət edərək Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli mülki iş üzrə qətnamə ilə tutulmalı pul məbləğlərinin indeksasiya edilərək 55859,42 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Həmin tarixə təyin edilmiş məhkəmə iclası 18 may 2023-cü il tarixə təxirə salınmışdır. Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərov məhkəmə iclası təyin edilən gün, yəni xx.xx.2023-ci il tarixli qərarla icra icraatı üzrə tələbin tam şəkildə təmin edildiyini qeyd elməklə icra sənədi üzrə icraata xitam vermişdir. Nəsimi Rayon məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə ərizə təmin edilməmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzi olsa da, icraata xitam verilməsi haqqında icra məmuru 5 aydan sonra qərar qəbul etmişdir. Məhkəmə qətnaməsi 23 il ərzində icra olunmamış qalmışdır. AR Dövlət Statistika Komitəsinə verilən sorğuya cavab gəlib ki 2022-ci ilədək istehlak indeksi 1999-cu ilə nisbətən 407,4 faiz təşkil edir. Buda məhkəmə qətnaməsi icra etmədiyi müddət üçün inflyasiya məbləği 55859,42 manat təşkil edir. Hesab etmişdir ki, həmin məbləğ ödənilmədiyi təqdirdə qətnamə icra olunmuş hesab olunmamalıdır. Nə qədər ki, aradakı fərq məbləğ ödənməyib bu iş üzrə icraata xitam verilə bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(003)-115/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmişdir. Məhkəmə iclasında X7, onun nümayəndəsi və vəkili Vəkil oğlu ərizəni müdafiə edərək, onun təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında maraqlı şəxs "xxxx" QSC-nin nümayəndəsi X9 ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş 216094/2022 nömrəli icra işindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1079/1999 saylı xx.xx.1999-cu il tarixli icra sənədi üzrə Azərbaycan Respublikası Dəmiryol İdarəsindən 68556000 manat alınaraq X6 ödənilməli, Azərbaycan Respublikası Dəmiryol İdarəsindən 10 223 400 manat dövlət rüsumu alınaraq Respublika büdcəsinə keçirilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 13711.2 manat X4 hesabına ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubunda 2022-ci ilin istehlak qiymətləri indeksinin 1999-cu ilə nisbətən 407.4 faiz təşkil etməsi göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli il tarixli 8(006)-166/2023 saylı qərardadından görünür ki, X4 Bakı şəhəri Nəsimi rayon məhkəməsinin Azərbaycan Dəmiryolu İdarəsindən 13711,20 manat alınıb ərizəçiyə ödənilməsi barədə 26 noyabr 1999-cu il tarixli qətnaməsinin qanunla müəyyən edilmiş müddətdən 23 il keçdikdən sonra, 2023-cü ildə icra edilməsinə görə həmin pul məbləğinin indeksaslya edilib "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən məhkəmə qətnaməsini icra etmədiyi müddət üçün inflyasiya məbləği olan 55859,42 manat məbləğində pulun alınıb ərizəçiyə ödənilməsi barədə ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli il tarixli 8(006)-166/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə qeyd edir ki, icra üzrə icraata xitam verilmənin əsasını təşkil edən sənəd xx.xx.2022-ci il tarixli 110 №li ödəniş tapşırığıdır ki, həmin sənəddə ərizəçiyə 13711.2 manatın ödənilməsi öz əksini tapmışıdr. Bununla da məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarında icra məmurunun “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.5-ci və 20.2-ci maddələrini rəhbər tutularaq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1079/1999 nömrəli xx.xx.1999-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, hazırki ərizə icraata xitam qərarının ləğv edilməklə icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə olmaqla, xx.xx.1999-cu il tarixli məhkəmə qətnaməsi üzrə tutulmalı olan pul məbləğinin indeksasiya olunması tələbini etmək məqsədini daşıyır. Halbuki, sözügedən məsələyə qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli il tarixli 8(006)-166/2023 saylı qərardadı ilə qiymət verilmiş və ərizə rədd edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1079/1999 nömrəli xx.xx.1999-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsinə dair X3 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-3/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-3/2024
25.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver