Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-30/2024 01.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İcra sənədi üzrə Tələbkar iştirakı ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1591/2021 nömrəli, 05 mart 2021-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məcburi gətirilməsinə dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyev məhkəməyə təqdimatla müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1591/2021 nömrəli, 05 mart 2021-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1591/2021 nömrəli, 05 mart 2021-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 175 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixində Nəsimi rayon İcra şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən xəbərdarlıqlara baxmayaraq, icra sənədi üzrə tələbi təmin etməmişdir. Göstərilənlərə əsasən, icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında icra sənədi üzrə Tələbkar izahatında bildirdi ki, Borclu icra sənədi üzrə hazırki vaxta 960 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, icra sənədi üzrə borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə tələbkarın izahatını dinləyib, təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1591/2021 nömrəli, 05 mart 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir; xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyev tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1591/2021 nömrəli, 05 mart 2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır; Tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini dərhal icra etmək üçün məlumat verilmişdir; xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyev tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1591/2021 nömrəli, 05 mart 2021-ci il tarixli icra sənədi üzrə Borclu məcburi qaydada Bak şəhəri Nəsimi rayon İcra Şöbəsinə gətirilməsi qərara alınmışdır. İcra işinin materiallarında olan: “SMS bildirişin” göndərilməsi barədə çıxarışlardan görünür ki, xx.xx.2021-ci il və xx.xx.2021ci il tarixlərində Borclu icra məmuru tərəfindən Nəsimi rayon icra şöbəsinə dəvət olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1591/2021 nömrəli, 05 mart 2021-ci il tarixli icra sənədi üzrə Tələbkar Nəsimi rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Borclu icra sənədi üzrə aliment borcunun 455 manat təşkil etdiyini bildirmiş və məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1591/2021 nömrəli, 05 mart 2021-ci il tarixli icra sənədi üzrə borclu icra sənədini dərhal icra etməli olduğu halda, icra məmuru tərəfindən icra sənədinin icrası ilə əlaqədar icra şöbəsinə dəvət olunması barədə borcluya SMS bildirişlər göndərilməsinə, eləcə də məcburi gətirilməsinə dair qərar qəbul edilməsinə baxmayaraq, icra sənədinin icrasından yayınmaq məqsədilə icra məmurunun çağırışlarına və icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Buna görə də məhkəmə hesab edir ki, icra məmuru hazırki təqdimatla məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin təqdimatı təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1591/2021 nömrəli, 05 mart 2021-ci il tarixli icra sənədi üzrə borclu ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1979-cu il təvəllüdlü Borclu məcburi qaydada Nəsimi rayon İcra şöbəsinə gətirilməli, qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1591/2021 nömrəli, 05 mart 2021-ci il tarixli icra sənədi üzrə borclu ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1979-cu il təvəllüdlü Borclu məcburi qaydada Nəsimi rayon İcra şöbəsinə gətirilsin. Qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №8(006)-30/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-30/2024
01.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver