Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-301/2024 30.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-275/2024 saylı icra sənədinin “hissə-hissə icra olunması” barədə Borclu ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-275/2024 saylı qətnaməsinin 12 ay müddətinə hər ay 2200 manat olmaqla, hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-275/2024 saylı qətnaməsinə əsasən 23.538,66 manat əsas borc, 1.266,01 manat faiz borcu, illik 5%-lə hesablanmaqla 1.424,49 manat olmaqla, cəmi 26.229,16 manat pul vəsaiti, ödənilmiş 168,33 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının ondan tutularaq Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. Maddi vəziyyəti ilə bağlı qət edilmiş məbləği tam ödəmək iqtidarında deyil. Tələbkar ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, qətnamənin hissə-hissə icra edilməsi barədə borclunun ərizəsinə onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Borclu tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, qətnamənin hissə-hissə icra edilməsi barədə vermiş olduğu ərizəyə onun iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizələri nəzərə alıb, qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəyə tələbkar və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna məlumat verilməsinə baxmayaraq, o, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət vermə və ya qətnaməni hissə-hissə icra edilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb, tələb edilmiş e308044/2024-5-6-001 saylı icra işində olan sənədlərə baxış keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(006)-275/2024 saylı qətnaməsi ilə iddiaçı Tələbkar ASC-nin cavabdeh Borclu qarşı “borcun alınması” tələbinə dair ilk iddiasının təmin edilməsi, 23.538,66 manat əsas borc, 1.266,01 manat faiz borcu, illik 5% olmaqla 1.424,49 manat, cəmi 26.229,16 manat pul vəsaiti, ödənilmiş 168,33 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar ASC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, Borclu Tələbkar ASC-yə qarşı “kredit borcu üzrə gecikdirilmiş günlərin sayının silinməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından da müəyyən olunur ki, məhkəmənin yuxarıda qeyd edilən qətnaməsi ilə Borclu Tələbkar ASC-nin xeyrinə ümumilikdə 26.229,16 manat pul vəsaiti, ödənilmiş 168,33 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədilə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə yönəldilmişdir. Lakin borclu maddi imkanının tələbkara olan borcunu birdəfəlik ödəməsinə yetərli olmadığını qeyd edərək, məhkəmə qaydasında qətnamənin hissə-hissə icra olunmasına şərait yaradılmasını xahiş etmişdir. Məhkəmə borclunun maddi imkanının aşağı olmasını, onun qət edilmiş məbləği tam şəkildə birdəfəyə ödəmək iqtidarında olmamasını, bu səbəbdən sonuncuya qətnaməni hissə-hissə icra etməsi üçün imkanın yaradılmasını və bununla da ərizənin qismən təmin edilməsini mümkün hesab edir. Ərizəni qismən təmin edərkən məhkəmə təkcə borclunun deyil, həmçinin tələbkarın da mənafeyini nəzərə alıb, qət edilmiş məbləğin ərizədə xahiş edilən uzun müddətdə (12 ay ərzində) deyil, hər iki tərəfin mənafeyi baxımından 6 ay ərzində hissə-hissə icra edilməsini daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdrilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-275/2024 saylı qətnaməsi ilə Borclu Tələbkar ASC-nin xeyrinə tutulmalı olan məbləğ 6 ay ərzində hissəhissə icra edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-275/2024 saylı qətnaməsi ilə Borclu Tələbkar ASC-nin xeyrinə tutulmalı olan məbləğ 6 ay ərzində hissə-hissə icra edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №8(006)-301/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-301/2024
30.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver