Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-302/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-107/2019 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X6 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli qərarla başladığı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(006)- 107/2019 saylı icra sənədinə əsasən Borclu iddia ərizəsində göstərilən cəmi dəyəri 4.650 manat təşkil edən yaxalıq və bilərziyin, fərqli əyarlarda olan iki ədəd sırğa və üzük dəstinin, bir ədəd üzüyün, bir ədəd boyunbağının, bir ədəd yaxalığın, bir ədəd sırğanın, ümumilikdə yeddi adda qızıl-zinət əşyalarının dəyəri alınaraq iddiaçı X3 verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu xx.xx.2022ci il tarixdə təqdim edilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin taixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında tələbkar X5 təqdimatın təmin edilərək, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etdi. İş üzrə icra məmuruna və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Borclu ölkədən getmək hüququ müvvəqəti, yəni 1 il müddətinə məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-107/2019 saylı icra sənədindən görünür ki, cavabdeh Borclu iddia ərizəsində göstərilən cəmi dəyəri 4.650 manat təşkil edən yaxalıq və bilərziyin, fərqli əyarlarda olan iki ədəd sırğa və üzük dəstinin, bir ədəd üzüyün, bir ədəd boyunbağının, bir ədəd yaxalığın, bir ədəd sırğanın, ümumilikdə yeddi adda qızıl-zinət əşyalarının dəyəri alınaraq iddiaçı X3 verilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli qərar və bildirişin surətlərindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-107/2019 saylı icra sənədi üzrə icraat başlanılmış, könüllü icra barədə bildiriş borcluya təqdim olunmuşdur. İş materiallarına əlavə olunmuş elektron portaldan çıxarışdan görünür ki, Borclu adına heç bir daşınar və daşınmaz əmlak aşkar edilməmiş, həmçinin bank hesabları barədə də məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Borclu tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsində yazılmış və sonuncunun imzası ilə də təsdiq edilmiş izahatdan görünür ki, o, icra sənədi barədə xəbərdar olduğunu, işsiz olması və maddi imkanının olmaması səbəbilə icra sənədi üzrə tələbi tam şəkildə icra etmədiyini və həmin sənəd üzrə bu günədək ödəniş etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş Borclu tərəfindən imzalanmış iltizamdan görünür ki, Borclu tələbkara olan borcunu ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini, həmçinin məhkəmə qətnaməsinin və yuxarıda qeyd edilən icra qeydinin icraya yönəldilməsindən xeyli müddət keçməsinə baxmayaraq, icrasının təmin olunmadığını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ 1 il müddətinə məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. xx.xx.1987-ci il təvəllüdlü Borclu ölkədən getmək hüququ 1 il müddətinə məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №8(006)-302/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-302/2022
31.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver