Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-305/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Rüfət Şıxəliyevin «daşınar (avtomobil) əmlak üzərinə həbs qoyulması» tələbinə dair təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Nəsimi rayon İcra Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Rüfət Şıxəliyev «daşınar (avtomobil) əmlak üzərinə həbs qoyulması» tələbinə dair təqdimatla Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, borca mütənasib olaraq icra sənədi üzrə Borclu məxsus olan “Toyota Prius (Hibrid)” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin satılaraq borca yönəldilməsi üçün üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimatda qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2907/2020-011 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 5.800 manat pul tutularaq, tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi 26 noyabr 2020-ci ildə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Toyota Prius (Hibrid)” minik markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra H” minik markalı, **-US-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz G300” minik markalı, **- TG-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məhkəmə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2907/2020 saylı, xx.xx.2020-ci il tarixli İcra vərəqəsinə əsasən, cavabdeh Borclu 5.800 manat pul tutularaq, iddiaçı X2 xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, Borclu məxsus olan “Toyota Prius (Hibrid)” minik markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra H” minik markalı, **-US-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz G300” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” minik markalı, **- FX-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdan keçmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Rüfət Şıxəliyevin təqdimatı qismən təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, icra sənədində tələb olunan borcun ödənilməsi üçün borclunun bir avtomobilinin üzərinə həbs qoyulması yetərlidir. Bu səbəbdən də borcun ödənilməsi məqsədilə də Borclu məxsus “Toyota Prius (Hibrid)” minik markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləridır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 173-174 maddələrini və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43-45-ci, 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Nəsimi rayon İcra Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Rüfət Şıxəliyevin «daşınar (avtomobil) əmlak üzərinə həbs qoyulması» tələbinə dair təqdimatı qismən təmin edilsin. Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-2907/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Toyota Prius (Hibrid)” minik markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Nəsimi rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra on gün müddətində ondan Nəsimi rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №8(006)-305/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-305/2022
31.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver