Məhkəmə qərarları › İş №8(006)-307/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-307/2023

06.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-307/2023 06.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayevin, Borclu iştirakları ilə Borclu Nəsimi rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev məhkəməyə təqdimatla müraciət edərək, Borclu Nəsimi rayon icra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1127/2022-008 nömrəli 16 06.2022-cı ıl tarixli icra sənədinə əsasən Borclu 19073 manat manat pul alınıb tələbkar X1 verilməlidir. “İcra haqqında’ Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və dərhal icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlərlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmiş lakin, bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Məhkəmədə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev borclunun gəlməsini və tədimatın təmin olunmasına olan zərurətin aradan qaldığını nəzərə alaraq onun təmin olunmamasını xahiş etidi. Məhkəmədə Borclu təqdimatın təmin olunmamasını xahiş etdi. Tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, təqdimat təmin edilməməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1127/2022-008 nömrəli 16 06.2022-cı ıl tarixli icra sənədinə əsasən Borclu 19073 manat manat pul alınıb tələbkar X1 verilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi, mövcud qanunvericiliyin mahiyyətinə əsasən, məcburi gətirilmə tədbiri icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində tətbiq olunur. Hazırda isə borclu məhkəmə iclasına gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun məcburi gətirilməsinə zərurət aradan qalxdığından, borclunun Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayevin-Borclu Nəsimi rayon icra şöbəsinə məcburi gətirilməsinə dair təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar