Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-309/2022 12.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İcra məmuru X1, Tələbkar, Borclu1 MMC-nin rəhbəri Borclu2 iştirakları ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8144/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu1 MMC-nin rəhbəri Borclu2 məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 məhkəməyə təqdimatla müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8144/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu1 MMC-nin rəhbəri Borclu2 məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8144/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkar Əliyev X2 Hallar Nazirliyi X5 Agentliyi (SEDA) Borclu1 MMC-nin Su anbarları ərazisinin yaşıllaşdırma İdarəsinin aqronomu vəzsifəsinə bərpa edilməli, məcburi iş buraxılma müddəti üçün əmək haqqı cavabdeh Fövqəladə Hallar Nazirliyi X5 Agentliyi (SEDA) Borclu1 MMC-dən Tələbkar ödənilməlidir. İcra sənədi icraata xx.xx.2022-ci il tarixində daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borcluya bildiriş göndərilmişdir. Lakin borclu icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərara və çoxsaylı xəbərdalıqlara heç bir münasibət bildirəmiş və məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmışdır. Göstərilənlərə əsasən, Borclu1 MMC-nin rəhbəri Borclu2 məcburi gətirilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən icra məmuru X3 bildirmişdir ki, borclu işin hazırda AR Ali Məhkəməsində icraatada olması barədə şifahi məlumat versə də bu barədə hər hansı sübut təqdim etməmişir. Hazırda borclu məhkəmə iclasına gəldiyi və zəruri sənədləri təqdim etdiiyi üçün təqdimatın təmin olunmasına zərurət aradan qalxmışdır. Məhkəmə iclasında iştirak edən Borclu1 MMC-nin rəhbəri Borclu2 izahat verərək bildirmişdir ki, təqdimat tam əsassızdır. Belə ki, o, borcunu ödəməkdən yayınmamış, ödəməməyinin səbəbləri barədə icra məmuruna şifahi məlumat vermişdir. Borcu ödəməməyinin səbəbi isə hal-hazırda həmin borc tələbini təmin edən qətnamədən şikayət verməyi və şikayətin hazırda Ali Məhkəmədə baxılmasıdır. Təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimatın təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Təqdimata əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8144/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iddiaçı Əliyev X2 Hallar Nazirliyi X5 Agentliyi (SEDA) Borclu1 MMC-nin Su anbarları ərazisinin yaşıllaşdırma İdarəsinin aqronomu vəzifəsinə bərpa edilməli, məcburi iş buraxılma müddəti üçün əmək haqqı cavabdeh Fövqəladə Hallar Nazirliyi X5 Agentliyi (SEDA) Borclu1 MMC-dən iddiaçı Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Nəsimi rayon icra şöbəsinin icra məmuru X3 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8144/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli, e77956/2022-5-33 saylı bildirişdən görünür ki, Borclu1 MMC-yə icra sənədini könüllü icra etmək üçün 10 gün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, icra məmuru X3 tərəfindən xx.xx.2022-ci il tarixində icra sənədi üzrə gəlməyən Borclu1 MMC-nin rəhbəri Borclu2 Nəsimi rayon İcra şöbəsinə məcburi gətirilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə təqdimat verilməsi barədə qərar qəbul edilmişdir. Borclu1 MMC-nin rəhbəri Borclu2 tərəfindən təqdim olunmuş elektron məhkəmə sistemində olan bildirişdən görünür ki, hazırda mübahisəli mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının icraatındadır. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmçinin «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə əsasən İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Borclu1 MMC-nin rəhbəri Borclu2 izahatından müəyyən olundu ki, icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən yayınmır. Belə olan halda məhkəmə Borclu1 MMC-nin rəhbəri Borclu2 məhkəmənin çağırışı üzrə gəlməsini və onun izahatını nəzərə alaraq hesab edir ki, borclu sözügedən icra sənədinin mübahisələndirilməsi ilə bağlı Ali Məhkəməyə müraciət etdiyindən və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etdiyindən, həmçinin məhkəmə iclasında iştirak etdiyindən təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8144/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu1 MMC-nin rəhbəri Borclu2 məcburi gətirilməsinə dair təqdimatı təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8144/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu1 MMC-nin rəhbəri Borclu2 məcburi gətirilməsinə dair təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №8(006)-309/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-309/2022
12.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver