Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-314/2023 08.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin «borclunun əmlakları üzərinə qoyulmuş həbsin götürülməsinə və digər əmlakının üzərinə həbsin qoyulması»na dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyev məhkəməyə təqdimatla müraciət edərək «borclunun əmlakları üzərinə qoyulmuş həbsin götürülməsi və digər əmlakının üzərinə həbsin qoyulması» barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3493/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən Borclundən 574 000 (beş yüz yetmiş dörd min) ABŞ dolları məbləğində pul alınaraq X4 və X2 xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1792-2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclundən 121 987 (yüz iyirmi bir min doqquz yüz səksən yeddi) manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Borclu könüllü icra müddətində icra sənədləri üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclunə məxsus olan Nəsimi rayonu, Bül-bül prospekti, ev 40 (qeyri-yaşayış sahəsi); Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 8; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 30; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 31; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 30A; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 62; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 34; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, ev 1, mənzil 4; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, dal 1, ev 3, mənzil 2, Nəsimi rayonu, Kiçik dəniz küçəsi, dal 1, ev 4; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, dal 1, ev 23/25; ünvan 1 əmlaklar müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həb qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə təqdimat hazırlanaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin 8(006)- 140/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclunə məxsus olan Nəsimi rayonu, Bül-bül prospekti, ev 40 (qeyri-yaşayış sahəsi); Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 8; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 30; Nəsimi rayonu, Bülbül prospekti, ev 42, mənzil 31; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 30A; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 62; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 34; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, ev 1, mənzil 4; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, dal 1, ev 3, mənzil 2; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, dal 1, ev 4; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, dal 1, ev 23/25; ünvan 1 ünvanlarında yerləşən əmlakların üzərinə həbs qoyulmuşdur. Daha sonra Nəsimi Rayon Məhkəməsinin 2(006)-3493/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinin icrasına xx.xx.2023-cü il tarixdə “İcra haqqında qanunun” 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan sonra, xx.xx.2023-cü il tarixdə Borclu şöbəyə ərizə ilə müraciət edərək icra şöbəsinin icraatında olan 121 987 manat məbləğində borca görə Borclu xüsusi mülkiyyətindəki 14 ədəd yaşayış və qeyriyaşayış sahələriinin, eyni zamanda S.Rəhimov küçəsi ev 179A ünvanında yerləşən 15001.50 kv. metrdən ibarət olan 5 mərtəbədən ibarət binanın üzərindən həbsin götürülməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-140-2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclunə məxsus olan Nəsimi rayonu, Bül-bül prospekti, ev 40 (qeyri-yaşayış sahəsi); Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 8; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 30; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 31; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 30A; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 62; Nəsimi rayonu, Bülbül prospekti, ev 42, mənzil 34; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, ev 1, mənzil 4; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, dal 1, ev 3, mənzil 2; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, dal 1, ev 4; ünvan 2 ünvanlarında yerləşən əmlakların üzərinə qoyulmuş həbs götürülərək, tələb Borclunə məxsus digər Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 51 üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə qərardad verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hazırki halda məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 140/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən təqdimatın təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3493/2012 saylı, xx.xx.2012-ci il və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1792/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə Borclunə məxsus olan Nəsimi rayonu, Bül-bül prospekti, ev 40 (qeyri-yaşayış sahəsi); Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 8; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 30; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 31; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 30A; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 62; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 34; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, ev 1, mənzil 4; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, dal 1, ev 3, mənzil 2; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, dal 1, ev 4; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, dal 1, ev 23/25; ünvan 1 ünvanlarında yerləşən əmlakların üzərinə həbsin qoyulması qərara alınmışdır. Təqdimata əlavə edilmiş Borclu tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli “Əmlakların üzərindən həbsin götürülməsinə dair” ərizədə bildirilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3493/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə (sədirlik edən S.Qafari) iddiaçı X3 və X1 Borclu MMCyə qarşı iddia ərizəsi qismən təmin edilərək, İ.İsmayılov və G.Quliyevanın xeyrinə Borclu MMC-dən 560.000 ABŞ dolları cərimə, 14.000 ABŞ dolları dəbbə pulu cəmi 574.000 ABŞ dolları məbləğində pulun 5 il 7ay 9 gün ərzində banka illik 10,4% depozit qoyacağı təqdirdə əldə edəcəyi 426.000 ABŞ dolları məbləğində pulun cəmi 1.000.000 ABŞ dolları tutulduğu anda AR Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması qət edilmişdir. Bundan başqa, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-736/2019 saylı, 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim P. Hüseynov) iddiaçı X5 cavabdeh Borclu MMC- yə qarşı iddia ərizəsi qismən təmin edilmişdir. Borclu MMC-dən 121.987 manat məbləğində pulun tutulması qərara alınmışdır. Hər iki qətnamənin icra edilməsi icra məmuru Ramin Quliyevə həvalə edilmiş və sonuncunun təqdimatına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin 8(006)-140/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakim Cəmilə Musayeva) birinci icra sənədi üzrə 400.000 ABŞ dollarının və ikinci icra sənədi üzrə 121.987 manat məbləğində pulun məcburi tutulması məqsədi ilə Borclu MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, ev 40 (qeyri-yaşayış sahəsi); Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 8; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 30; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 31; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 30A; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 62; Nəsimi rayonu, Bülbül prospekti, ev 42, mənzil 34; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, ev 1, mənzil 4; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, dal 1, ev 3, mənzil 2; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, dal 1, ev 4; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, dal 1, ev 23/25; ünvan 1 ünvanlar üzrə həbs qoyulmuşdur. Hal-hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3493/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi tam icra edilmişdir. Digər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-736/2019 saylı, 24 iyul 2019-cu il tarixli qətnaməsi üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1792/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi icra edilməmişdir. Borclu MMC-nin yalnız ünvan 5 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 15001.50 кv.metrdən ibarət olan 5 mərtəbəli Binanın (Jalə Plaza) dəyəri təxminən 60.000.000 manatdır. İcra şöbəsinin icraatında olan 121.987 manat məbləğində borca görə Borclu MM mülkiyyətindəki 14 ədəd yaşayış və qeyri-yaşayış sahələrinin, eyni zamanda Nəsimi rayonunda yerləşən 15001.50 kv.metrdən ibarət olan 5 mərtəbədən ibarət binanın üzərində həbsin qalması “İcra haqqında” AR qanunun 45.7-ci maddəsinin tələbləri ilə uzlaşmır. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldihnəsini icra məmuruna hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru təmin etməyə borcludur (Maddə 45). Borclu MMCnin mülkiyyətində olan Nəsimi rayonu, S.Rəhimov küçəsi ünvanda yerləşən təxminən 60.000.000 manat dəyərində qeyri-yaşayış sahəsi 5 mərtəbədən ibarət orada 15001.50 kv.metr ayrı-ayrı hər biri 40-80-100 və sair kv.metr ölçülərdən ibarət müassir uyğun təmirli obyektlər mövcuddur və məhkəmənin qanuni qüvvədə olan qətnaməsi ilə ünvan 6 ünvanda yerləşən əmlakının l(bir) kv.metriı dəyəri 10.000 manat müəyyən edilmişdir. Qiymətləndiricilər həmin ünvanda yerləşən tələbkara məxsus qeyri-yaşayış sahəsinin 1 kv.m 10.000 manat müəyyən etdikləri üçün borclunun da əmlakını həmin qiymətə hesablamalıdırlar. Belə vəziyyətdə isə Borclu MMC-nin mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən 40 kv.metrlik qeyri-yaşayış sahəsi icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdən artıqdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1792/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu mülkiyyətində olan Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 8(006)-140-2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclunə məxsus olan əmlakların üzərinə qoyulmuş həbsin götürülməsinə dair müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Təqdimata əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 51 saylı evin 1/3 hissəsi Borclu MMC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reystr kitabının 6267 nömrəli vərəqəsində qeydiyyat aparılmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə sasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan əmlaklarının üzərində həbsin olması Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1792/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsində göstərilmiş məbləğlə mütənasiblik təşkil etmədiyindən, həmçinin həbsin götürülməsi barədə icra məmurunun özünün tələbi olduğundan (risk dairəsi özünə məxsus olduğundan), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-140/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə əmlakların üzərinə qoyulmuş həbs götürülməlidir. Məhkəmə Borclu MMC-yə məxsus digər əmlakın üzərinə həbsin qoyulması ilə bağlı qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 51 saylı ev paylı mülkiyyətdir, 1/3 hissədə borclunun sahibliyində və istifadəsindədir. Borclunun tələbkar üzrə tələb etdiyi və ödəməli olduğu məbləğ kifayət qədər çox olduğundan, məhkəmə belə hesab edir ki, Borclu MMC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 51 saylı evin 1/3 hissəsinə həbs qoyulmalıdır. Həmçinin məhkəmə əmlakın satmaq yolu ilə tələbin əmlaka yönəlməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin məsələ icra mərhələsində həll olunmalı olan məsələlərə aid olduğundan (“İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsi) təqdimat həmin hissələrdə rədd edilməlidir. Qeyd olunanlara əsasən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin «borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi»nə dair təqdimatı qismən təmin edilməli, Borclunə məxsus olan Nəsimi rayonu, Bül-bül prospekti, ev 40; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 8; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 30; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 31; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 30A; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 62; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 34; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, ev 1, mənzil 4; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, dal 1, ev 3, mənzil 2; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, dal 1, ev 4; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, dal 1, ev 23/25; ünvan 1 ünvanlarında yerləşən əmlakların üzərinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-140/2021 saylı, xx.xx.2021-ci il tarixli qəraradı ilə qoyulmuş həbs götürülməli, Borclu MMC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 51 saylı evin 1/3 hissəsinin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə rədd edilməlidir. Qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin «borclunun əmlakları üzərinə qoyulmuş həbsin götürülməsinə və digər əmlakının üzərinə həbsin qoyulması»na dair təqdimatı qismən təmin edilsin. Borclunə məxsus olan Nəsimi rayonu, Bül-bül prospekti, ev 40; Nəsimi rayonu, Bülbül prospekti, ev 42, mənzil 8; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 30; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 31; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 30A; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 62; Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 34; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, ev 1, mənzil 4; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, dal 1, ev 3, mənzil 2; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, dal 1, ev 4; Nəsimi rayonu, Kiçik dəniz küçəsi, dal 1, ev 23/25; ünvan 1 ünvanlarında yerləşən əmlakların üzərinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-140/2021 saylı, xx.xx.2021-ci il tarixli qəraradı ilə qoyulmuş həbs götürülsün. Borclu MMC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 51 saylı evin 1/3 hissəsi üzərinə həbs qoyulsun. Təqdimat digər hissədə rədd edilsin. Qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №8(006)-314/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-314/2023
08.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver