Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-315/2023 13.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Nərmin Almuradovanın, Tələbkar iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3724/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Nəsimi rayon icra şöbəsinin icra məmuru Nərmin Almuradova tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Nərmin Almuradova təqdimatla məhkəməyə müraciət edərək, borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığım Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(006)- 3724/2022-016 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 2013-cü ildən iddia ərizəsi verilənə qədər tələbkarın uşağın müalicəsinə xərclədiyi 73.921,30 manat məbləğinin yarısı, yəni 36.960,65 manat məbləğində pul vəsaiti borclu X1 tutularaq Tələbkar ödənilməlidir. Tələbkarın 150 manat vəkil ilə bağladığı müqavilə üzrə ödənişinin və mediatora ödədiyi 50 manat dövlət rüsumunun əvəzi, cəmi 200 manat pul vəsaiti borclu X1 tutularaq Tələbkar ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərar və bildiriş icra sənədi üzrə borclu X4 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, adına hər hansı bir əmlak aşkar edilməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmadığından xx.xx.2023-cü il tarixdə borclunun axtarılması barədə qərar qəbul olunmuş və icra edilməsi üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir. Borclu X5 xx.xx.2023-cü il tarixdə şöbədə olmuş, ona icra sənədinin mahiyyəti, hüquq və vəzifələri izah edilərək ona qərar və bildirişin surəti təqdim edilmiş və izahatı alınmışdır. Borclu şöbədə olarkən "elektron icra" informasiya sistemindən borclunun sərhədkeçmə məlumatları yenidən sorğu edilmiş və son məlumat xx.xx.2019-cu il tarixdə ölkədən çıxış tarixi kimi göstərilmişdir. Əlavə olaraq borclu özü ikili vətəndaşlığı olduğunu bildirmişdir. Borclunun xarici pasportunun (Rusiya Federasiyasına məxsus) surəti çıxarılmış və işə əlavə olunmuşdur. Həmçinin borclu X5 ilə söhbət zamanı onun ən qısa zamanda ölkəni tərk etmək niyyətinin olması tərəfindən müəyyən edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Nərmin Almuradova təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Tələbkar təqdimatın təmin olunmasını xahiş etdi. Borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3724/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X2 2013-cü ildən iddia ərizəsi verilənə qədər tələbkarın uşağın müalicəsinə xərclədiyi 73.921,30 manat məbləğinin yarısı, yəni 36.960,65 manat məbləğində pul vəsaiti borclu X1 tutularaq Tələbkar ödənilməlidir. Tələbkarın 150 manat vəkil ilə bağladığı müqavilə üzrə ödənişinin və mediatora ödədiyi 50 manat dövlət rüsumunun əvəzi, cəmi 200 manat pul vəsaiti borclu X1 tutularaq Tələbkar ödənilməlidir. Nəsimi rayon icra şöbəsi tərəfindən təqdim edilmiş icra işinin materiallarından görünür ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə “Elektron icra” informasiya sistemindən sorğular edilmişdir. İş materiallarından görünür ki, tələbin könüllü icrası haqında bildirişinin surəti X6 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İş materiallarında olan X3 Nəsimi rayon icra şöbəsinə ünvanlanmış izahatının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3724/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi ilə bağlı məlumatlıdır. Moskva şəhərində yaşaması səbəbindən icra sənədinin icra olunması üçün həmin şəhərə göndərilməsini zənn edərək indiyədək icra etməmişdir. İcra sənədi üzrə hər ay 500 manat ödəniş etmək iqtidarındadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun izahatı alınmış, onun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Valeryeviçin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Borclu xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-315/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-315/2023
13.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver