Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-318/2022 15.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Borclunun nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımovun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2756/2021 saylı icra sənədi üzrə Borclu Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımov məhkəməyə təqdimatla müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2756/2021 saylı icra sənədi üzrə Borclu Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2756/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu Qapalı Səhmdar Cəmiyyətindən 20000 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. İcra tədbirləri nəticəsində Borclu Qapalı Səhmdar Cəmiyyətinə məxsus bank hesablarına inkasso sərəncamı qoyulmuş, lakin bank hesablarında yetərli pul vəsaiti olmadığı üçün tam icra olunmamışdır. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, «Elektron icra» informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan «Volkswagen» yük markalı, **-JL-*** qeydiyyat nişanlı, «Meiller yarımqoşqu» markalı, **-ZH-*** qeydiyyat nişanlı, «Hermans yarımqoşqu» markalı,**-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənlərə əsasən, icra sənədi üzrə Borclu Qapalı Səhmdar Cəmiyyətinə məxsus «Volkswagen» yük markalı, **-JL-*** qeydiyyat nişanlı, «Meiller yarımqoşqu» markalı, **-ZH- *** qeydiyyat nişanlı, «Hermans yarımqoşqu» markalı,**-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında borclunun nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, borcu qəbul edirlər. Məhkəmədən təqdimatda göstərilən Borclu Qapalı Səhmdar Cəmiyyətinə məxsus «Volkswagen» yük markalı avtomobilin üzərinə həbs qoyulmasını xahiş edir. Ona görə ki, həmin avtomobil şirkətin gündəlik ehtiyacları üçün olduqca əhəmiyyətlidir. Təqdimatda göstərilən digər avtomobillərin üzərinə həbs qoyulmasına etiraz etmirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hazırki halda məhkəmə təqdimata icra məmurunun və tələbkarın iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 2756/2021 saylı icra sənədinə əsasən iddia tələbi qismən təmin edilməli, cavabdeh Borclu Qapalı Səhmdar Cəmiyyətindən mənəvi zərərə görə 20000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2756/2021 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2021-ci il tarixli, e201924/2021-15-26-003 saylı könüllü icra barədə bildirişdən görünür ki, Borclu Qapalı Səhmdar Cəmiyyətinə icra sənədində göstərilmiş tələbin icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan elektron çıxarışa əsasən, Borclu Qapalı Səhmdar Cəmiyyətinin adına «Volkswagen» yük markalı, **-JL-*** qeydiyyat nişanlı, «Meiller yarımqoşqu» markalı, **-ZH-*** qeydiyyat nişanlı, «Hermans yarımqoşqu» markalı,**-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri aşkar edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən, 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Həmin Qanunun 44.1.3-cü maddəsində qeyd edilir ki, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biridir. Qeyd olunan Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yük maşınlarının hər üçünə həbsin qoyulması təqdimatla göstərilmiş məbləğlə mütənasiblik təşkil etmədiyindən təqdimat qismən təmin edilməli və Borclu Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan «Volkswagen» yük markalı, **-JL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43-45-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Borclu Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan «Volkswagen» yük markalı, **- JL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №8(006)-318/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-318/2022
15.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver