Məhkəmə qərarları › İş №8(006)-318/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-318/2024

25.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-318/2024 25.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-408/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru Elşən Ziyəddinovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru Elşən Ziyəddinov təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il təvəllüdlü Bakı şəhəri, S.Rüstəmov kücəsin 72 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-403/2024-015 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2023-cü il tarixdən etibarən Tələbkar ilə birgə nikahından olan xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq Tələbkar ödənilməlidir. Mediatora ödənilmiş 55 (əlli beş) manat məbləğində rüsum və 50 (əlli) manat dövlət rüsumu cavabdehdən tutularaq tələbkara ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir. İcra sənədinin könüllü müddət ərzində icra edilməsi üçün Borclu 10 gün vaxt verilmiş, lakin borclu icra sənədinin icrasını könüllü müddət ərzində təmin etməmişdir. Borclu icra sənədi üzrə tələbin təmin edilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Borclu xəbərdarlığa baxmayaraq icra sənədi üzrə tələb keçən müddət ərzində təmin edilməmişdir. Borclunun hazırda 1206 manat aliment borcu yaranmışdır. İcra sənədinin icrası ilə əlaqədar borclunun mülkiyyətində tələbin yönəldiləsi əmlakın, pul vəsaitinin və qızıl-zinət əşyalarının olub-olmaması, pensiya və müavinət alıbalmaması barədə müvafiq orqanlara sorğular verilmişdir. Nəticədə borclunun 80 manat məbləğində pensiya aldığı müəyyən edilmişdir. Tələbkar ərizə ilə Nəsimi rayon İcra Şöbəsinə müraciət edərək Borclu aliment öhdəliyindən yayınmaq məqsədilə xarici ölkələrə getmək ehtimalının olduğunu bildirmiş və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Borclu xarici ölkəyə gedərək yaşayış yerini dəyişməsi icra sənədinin icrasının təmin edilməsində çətinliklər yarada bilər. Odur ki, məhkəmədən təqdimatın təmin edilməsi xahiş olunur. Məhkəmənin iclasında iştirak edən Tələbkar izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqdimata Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən borclunun və icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimatın bağlı olduğu icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş və icra işinin materiallarında olan: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-408/2024 nömrəli, xx.xx.2024-cü il il tarixli icra sənədinə əsasən Birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 Gülbacı Daməd qızının himayəsində saxlanılması, Borclu xx.xx.2023-cü il tarixdən etibarən Tələbkar ilə birgə nikahından olan xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq Tələbkar ödənilməli, qətnamənin alimentin tutulmasına aid hissədə dərhal icra edilməli, medlatora ödənilmiş 55 (əlli beş) manat məbləğində rüsum və 50 (əlli) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-408/2024 nömrəli, xx.xx.2024-cü il il tarixli icra sənədinin icrasının təmini məqsədilə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildiriş xx.xx.2024-cü il tarixdə Borclu şəxsən təqdim olunmuşdur. Borclu Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsində 05 iyul 2024-cü il tarixində verdiyi izahatından görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-408/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən məlumatıdır, 2023-cü ildən aliment borcunu ödəyir və 15 gün ərzində tam şəkildə ödəniş edəcəyinə söz verir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərarlarına əsasən, borclu, xx.xx.1989 il təvəllüdlü Nəsimi rayonu, S.Rüstəmov küç 72 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilməsi və qərar icra edilməsi üçün Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-51/2-29529 saylı məktubdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan borclu Balayev X4 Rayon Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə 43055 nömrəli cinayət işi üzrə şübhəli şəxs kimi axtarış işi açılmışdır. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 231.3. ...Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. ...Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. ...Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Maddə 231.3-1. Məhkəmə ...borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. Maddə 231.4. ...Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi xx.xx.2022-ci il təvəllüdlü X1 üçün alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə icra sənədinin verilməsindən 8 aydan çox müddət keçməsinə baxmayaraq, həmin icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Belə ki, borcluya icra sənədlərini könüllü icra etməsi üçün müraciət olunsa da, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə bir neçə dəfə xəbərdarlıq edilsə də, borclu tərəfindən könüllü icra həyata keçirilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsindən görünür ki, məcburi icra tədbirinin tətbiqi üçün aşağıda göstərilən 3 əsas birlikdə mövcud olmalıdır: 1)icra sənədi icra məmuruna təqdim olunmalıdır; 2) icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmalıdır; 3) könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, borclu icra sənədi barədə məlumatlandırılmış, icra sənədinin icrası ilə əlaqədar izahatı alınmışdır. O cümlədən Borclu əmlak və maliyyə vəziyyətinin yoxlanılması üçün elektron sorğular göndərilmiş, tələbin yönəldilə biləcək borcluya məxsus əmlak və gəlir aşkar edilməmişdir. Lakin bütün bunlara baxmayaraq, icra sənədi Borclu tərəfindən bugünədək icra edilməmişdir. Göstərilənlərə əsasən, habelə uşağın mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Elşən Ziyəddinovun təqdimatı təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-408/2024 nömrəli, xx.xx.2024-cü il il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar