Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-319/2023 06.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3815/2022-009 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu1 arvadı Borclu2 daşınmaz əmlakın üzərinə həbsin qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimatla müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3815/2022-009 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu1 həyat yoldaşı Borclu2 məxsus birgə nigah dövründə əldə edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3949d saylı bağ sahəsinin 2/1 hissəsi üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3815/2022-009 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4247/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi “iddianın təmin edilmiş” hissəsində qismən ləğv edilməlidir. İddia tələbi “75.000 manat məbləğində pulun tutulması” hissəsində rədd edilməlidir. 117500 manat məbləğində pul cavabdeh Borclu1 tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu1 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu1 məxsus olan “Ford Transit” yük sərnişin minik markalı, 90-DE- 273 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin olduğu müəyyən olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında xx.xx.2023-cü il tarixli qərar icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Qeydiyyat İmtahan idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən şöbəyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda “Ford Transit” yük sərniş minik markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdə Borclu1 adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirildiyi mümkün olmadığı göstərilmişdir. “Elektron icra” informasiya sistemindən əldə etdiyimiz məlumata X3 həyat yoldaşı Borclu2 dövründə əldə olunmuş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3949d saylı bağ sahəsi aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Təqdimata əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3815/2022-009 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4247/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi “iddianın təmin edilmiş” hissəsində qismən ləğv edilməli, iddia tələbi “75.000 manat məbləğində pulun tutulması” hissəsində rədd edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir. Digər hissədə qətnamə dəyişdirilməlidir. 117.500 manat məbləğində pul cavbadeh Borclu1 tutularaq iddiaçı Tələbkar ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3815/2022-009 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3815/2022-009 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu1 tələbi könüllü icra etmək üçün vaxt verilmiş, borclu bildirişi aldığını imza edərək təsdiqləmişdir. Təqdimata əlavə edilmiş Nəsimi rayon İcra şöbsinin icra məmuru X1 xx.xx.2023-cü il tarixli borclunun əmlakının üzərinə həbs qoyulması haqqında qərarından görünür ki, Borclu1 həyat yoldaşı Borclu2 məxsus birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3949d saylı bağ sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi, 968-ci məhəllə, ev 20, mənzil 25, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3949D əmlakların 2/1 hissəsi üzərinə həbsin qoyulması qərara alınmışdır. Təqdimata əlavə edilmiş Nəsimi rayon İcra şöbəsinin ünvanladığı məktubdan görünür ki, Borclu1 həyat yoldaşı Borclu2 məxsus birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3949d saylı bağ sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi, 968-ci məhəllə, ev 20, mənzil 25, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3949D əmlakların 2/1 hissəsi üzərinə həbsin qoyulmasına dair icra məmurunun qərarı icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Həmin Qanunun 44.1.3-cü maddəsində qeyd edilir ki, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biridir. Qeyd olunan Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Göründüyü kimi, borclunun əmlakının üzərinə həbs qoyulması haqqında Qərara əsasən icra məmuru tərəfindən icra tədbirləri həyata keçirilmiş, təqdimatda qeyd olunan nəqliyyat vasitəsinin üzərinə həbs artıq qoyulmuş və icra edilməsi üçün müvafiq orqana göndərilmişdir. Məhkəmə bu xüsusatı nəzərə alaraq hesab edir ki, əmlakın üzərində eyni məsələ ilə bağlı artıq həbs mövcud olduğundan yenidən eyni məsələ ilə bağlı həbsin qoyulmasına prosessual və hüquqi qənaət prinsipini nəzərə almaqla ehtiyac qalmamışdır. Bundan əlavə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.8-ci borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Eyni Məcəllənin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.5-ci maddəsinə əsasən ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Təqdimata əlavə olunmuş sənədlərdən, həmçinin icra işinin materiallarından əmlakın Borclu1 arvadı Borclu2 mülkiyyətinə birgə nikah dövrünün vəsaiti hesabına keçməsi müəyyən olunmur. Həmçinin qanunun mənasına görədə müəyyən edilir ki, tələb yalnız birgə mülkiyyətdə olan paya yönəldilir. Qeyd olunan pay hüququ isə müvafiq rəsmi göstəricilərdə (reyestr məlumatları) qeyd edilməlidir ki, bu hal da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 «daşımaz əmlak üzərinə həbs qoyulması haqqında» təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №8(006)-319/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-319/2023
06.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver