Məhkəmə qərarları › İş №8(006)-32/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-32/2024

05.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-32/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, İcra sənədi üzrə Tələbkar iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X1 “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2067/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair” ərizəsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-2067/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin izah edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2067/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il təvəllüdlü Hüseynova Elza Elçin qızının Tələbkar ilə qalması müəyyən edilməlidir. Tələbkar xx.xx.2024-cü il tarixində ərizə ilə Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə müraciət edərək icra sənədi üzrə yanında qalmalı olan övladı X2 onun yanında olmaması ümumiyyətlə məhkəmə qərarı qüvvəyə minərkən uşağın Azərbaycan Respublikası ərazisində olmadığını bildirmişdir. Tələbkar öz ərizəsində, həmçinin borclunun da Azərbaycan Respublikasının vətəndaşı olmasına baxmayaraq, paralel olaraq Rusiya Federasiyasının vətəndaşı olduğunu, onun 2016-cı ildən ölkəni tərk etdiyini və bir daha geri qayıtmadığını qeyd etmişdir. Tələbkar uşağın alınıb ona verilməsi ilə bağlı tədbir görülməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş və xx.xx.2023-cü il tarixdə icra məmuru Nəzrin İbişovanın icraatına daxil olmuş 2(006)-2067/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində nəzərdə tutulmuş uşağın ananın yanında qalmasının müəyyən edilməsi ilə bağlı tələb olunan icrası prosedurunda aydın deyildir. Belə ki, həmin tələbin icrası zamanı uşağın yerinin müəyyən edilməsinin , onun atadan alınıb anaya verilməsi kimi başa düşülməsi barədə məhkəmənin mövqeyinin öyrənilməsinə ehtiyac yaranmışdır. Göstərilənlərə əsasən, qeyd olunan icra sənədinin izah edilməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında icra sənədi üzrə Tələbkar ərizəni müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq icra məmuru X3 və icra sənədi üzrə Borclu məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses tələbkarın izahatını dinləyib, ərizəni, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmadan kargüzarlıq xidmətinə geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş icra sənədinin izah edilməsi barədə ərizə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin dəftərxanası tərəfindən “8” indeksi ilə qeydiyyata alınmışdır. Halbuki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məhkəmələrində Kargüzarlığın Aparılmasına dair” Təlimatın 168-ci bəndində qeyd edilmişdir ki, MPM-in 231-ci maddəsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakının üzərinə həbs qoyulması və digər məsələlər barədə işdə iştirak edən şəxslərin ərizələri, şikayətləri və ya icra məmurlarının təqdimatları, habelə qanunauyğunluğu məhkəmə nəzarəti ilə yoxlanıldıqda icraata xitam verilməsi barədə icra məmurlarının qərarları kargüzarlıq xidməti tərəfindən məhkəmə qətnamələrinin (qərardadlarının) icrası qaydasında icraat materialı kimi 8 nömrəli indekslə qeydiyyat vərəqəsində qeydə alınır, qəbul edilmiş qərardadın təsdiq edilmiş surəti məlumat üçün qətnamə çıxarılmış əvvəlki işə tikilir (aidiyyəti məhkəməyə göndərilir). MPM-in 230-cu maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq qətnamənin və ya qərardadın (icra sənədinin) izah edilməsi, habelə MPM-in 236-1-ci maddəsinin tələblərinə uyğun olaraq icrada dönüş barədə ərizələr aid olduğu işin nömrəsi ilə qeydə alınır və baxıldıqdan sonra həmin işə əlavə edilir. Göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Nəzrin İbişovanın “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2067/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair” ərizəsi aid olduğu işin nömrəsi ilə qeydiyyata alınmalı olduğu halda, “8” indeksi ilə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Nəzrin İbişovanın “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2067/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair” ərizəsi aid olduğu işin nömrəsi ilə qeydiyyata alınması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin dəftərxanasına (kargüzarlıq xidmətinə) geri qaytarılmalı, ərizənin aid olduğu işin nömrəsi ilə qeydiyyata alınması məhkəmənin dəftərxanasına (kargüzarlıq xidmətinə) həvalə edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Nəzrin İbişovanın “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2067/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair” ərizəsi aid olduğu işin nömrəsi ilə qeydiyyata alınması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin dəftərxanasına (kargüzarlıq xidmətinə) geri qaytarılsın, ərizənin aid olduğu işin nömrəsi ilə qeydiyyata alınması məhkəmənin dəftərxanasına (kargüzarlıq xidmətinə) həvalə edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar