Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-322/2024 03.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1828/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah edilməsinə dair X7 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1828/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizə ilə müraciət edilərək bildirilmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1828/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 48 saylı evin 2 saylı mənzili ilə bağlı Bakı şəhəri 14 saylı Notariat X1 ilə X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3M-3109 saylı ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. Məlum icra sənədi və qətnamə icra olunması üçün 14 saylı Notariat ofisinə göndərilmiş (icra məmuru Cəlaləddin Əliyev tərəfindən) və icra olunmasına dair həmin ofisdən cavab məktubu verilərək icra olunması qeyd olunmuşdur. Lakin ipoteka müqaviləsi etibarsız hesab edilməsinə baxmayaraq DƏDRX-də ipoteka qeydi silinməmişdir, bu hal onlara vərəsəlik hüququnu həyata keçirməyə imkan vermir. Buna dair icra məmuru Cəlaləddin Əliyev tərəfindən tərəfindən qeydiyyatçı qurum olan DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə xx.xx.2024-cü il tarixli məktub göndərilməsinə baxmayaraq, məlum qurum onların üzərinə öhdəlik qoyulmadığını əsas gətirərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1828/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədini icra etməkdən imtina etmişdir. Bu hal onların hüquqlarının pozulması ilə nəticələnir. Yuxanda qeyd olunan hal üzrə icra sənədinə izah verilməsi zərurəti yaranır. Bakı Səhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1828/2022 nömrəli xx-xx.2022-ci il tarixli icra sənədinin icrası buna məsul olan müvafiq orqan (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən təmin edilməli olması izah edilməlidir. Yaxud Bakı Səhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1828/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrası müvafiq orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçün əsas olması izah edilməlidir. Odur ki, məhkəmədən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1828/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrası buna məsul olan müvafiq orqan (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən təmin edilməsi olmasına dair izah verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru, ərizəni verən şəxs və borclu məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə MPM-in 230.4-cü maddəsinə əsasən ərizəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1828/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçı X4 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi 48 saylı evin 2 saylı mənzili ilə bağlı Bakı şəhəri 14 saylı Notariat X1 ilə X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3M-3109 saylı ipoteka müqaviləsi etibarsız hesab edilmiş, Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 8İ-20089 saylı icra qeydi ləğv edilməsi və ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyinə görə iddiaçıya aid edilməsi qət edilmişdir. Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 412285 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə ürəyin kəskin işemik xəstəliyinin digər formalarından vəfat etmişdir. Binəqədi Rayon Qeydiyyat Şöbəsinin 1753 saylı xx.xx.2015-ci il tarixli arayışının surətindən görünür ki, X7 xx.xx.1985-ci ildə anadan olmuş, atası X9, anası X3r. Əmlak Məsələləri Dövlət Xidməti Daşnmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanının mülkiyətçisi X8 olmuşdur. ünvan 2 ünvanlanmış xx.xx.2023-cü il tarixli 2010 saylı məktubunun surətindən görünür ki, iddiaçı X4 mülkiyyətində olan Bakı şəhəri,Nəsimi rayonu,S.Vurğun küçəsi 48 saylı evin, 2 nömrəli mənzilinə dair, X6 ilə X10 arasında, Bakı şəhəri, 14 saylı notariat ofisində, xx.xx.2019-cu il tarixdə, 3M/-3İ09 reyestr nömrəsi ilə qeydə alınaraq rəsmiləşdirilmiş ipoteka müqaviləsi və həmin müqavilədə, ipoteka qoyan X4 qeyd olunan mənzilinə dair tutma yönəldilməsi barədə Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən çıxarılmış, xx.xx.2021-ci il tarixli 8İ-20Ü89 reyestr nömrəli icra qeydi xx.xx.2023-cü il tarixdə, 3M-3109 reyestr nömrəsilə qeydə alınaraq, xx.xx.2019-cu ildə rəsmiləşdirilmiş ipoteka müqaviləsi isə xx.xx.2023-cü il tarixdə ləğv edilmiş və reyestr kitabında, həmçinin “Elektron notariat" avtomatlaşdırılmış informasiya sistemində müvafiq qeydiyyat aparılmışdır. İcra işinin materiallarında olan: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1828/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı X4 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi 48 saylı evin 2 saylı mənzili ilə bağlı Bakı şəhəri 14 saylı Notariat X1 ilə X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3M-3109 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməli, Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 8İ-20089 saylı icra qeydi ləğv edilməlidir. Naxçıvan MR ƏN Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası üçün bildiriş göndərilmişdir. Naxçıvan MR ƏN Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən İcra haqqında AR Qanununun 24.1.2-ci maddəsinə əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1828/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icra olunması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir. ünvan 2 ünvanlanmış xx.xx.2023-cü il tarixli 2010 saylı məktubuna əsasən, ipoteka qoyan X4 mənzilinə dair tutma yönəldilməsi barədə Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən çıxarılmış, xx.xx.2021-ci il tarixli 8İ-20Ü89 reyestr nömrəli icra qeydi xx.xx.2023cü il tarixdə, 3M-3109 reyestr nömrəsilə qeydə alınaraq, xx.xx.2019-cu ildə rəsmiləşdirilmiş ipoteka müqaviləsi isə xx.xx.2023-cü il tarixdə ləğv edilmiş və reyestr kitabında, həmçinin “Elektron notariat" avtomatlaşdırılmış informasiya sistemində müvafiq qeydiyyat aparılmışdır Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1828/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 31. İcraatda vərəsəlik və ya hüquq varisliyi. İcraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 46. Tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Maddə 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə ərizəni, e-2(006)-1828/2022 nömrəli mülki iş üzrə açılmış icra işinin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, qətnaməyə izah verilməsinə dair ərizə təmin edilməməlidir. Belə ki, yuxarıda istinad olunan prosessual hüquq normalarından görünür ki, işdə iştirak edən şəxslərin ərizəsi əsasında məhkəmə qətnaməni izah etməyə haqlıdır. Hazırda ərizə ilə qətnaməyə izah verilməsini xahiş edən X7 baxılmış iş üzrə işdə iştirak edən şəxs (tərəf, üçüncü şəxs və s.) olmamış, habelə icra icraatı zamanı onun hüquqi varis kimi cəlb olunduğu müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, onun hazırkı ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bundan başqa icra işinin materiallarından görünür ki, icra sənədi üzrə tələb icra edildiyindən “İcra haqqında” AR Qanunun 20.1.5 və 20.2-ci maddəsinə əsasən icra sənədinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən, qətnamə icra edilməmişsə, onun izahına yol verilir. Odur ki, qeyd olunanlar Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1828/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah edilməsini istisna edir. Beləliklə, məhkəmə hesab edir ki, qətnaməyə izah verilməsinə dair X5 ərizəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1828/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №8(006)-322/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-322/2024
03.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver