Məhkəmə qərarları › İş №8(006)-325/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-325/2022

15.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-325/2022 15.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-285/2021 saylı icra sənədi üzrə “borclunun əmlakı üzərinə həbsin qoyulması” barədə Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus olan “Mitsubishi Chariot” minik markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-285/2021 saylı icra sənədinə əsasən Borclu 12.755 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron İcra” İnformasiya Sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Mitsubishi Chariot” minik markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Borclu məxsus “Mitsubishi Chariot” minik markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 təqdimatı müdafiə edərək, təqdimatın məzmununa uyğun izahat verdi və məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara və borcluya məlumat verilməsinə baxmayaraq, onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən yetirib, o cümlədən, hazırki təqdimatən obyektiv və hərtərəfli araşdırılması məqsədilə tələb edilmiş e233050/2021-5-22-004 və e34950/2020-5-3 saylı icra işlərində olan sənədlərə baxış keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-285/2021 saylı icra sənədinə əsasən iddia qismən təmin edilməli, 8.615 manat məbləğində avtonəqliyyat vasitəsinə dəymiş zərər, 4.000 manat məbləğində əldən çıxmış fayda, ümumilikdə 12.615 manat məbləğində zərər, iddiaçının pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciətlə bağlı ödənilmiş 30 manat dövlət rüsumu və 110 manat hüquqi yardım xərci cavabdehlər Borclu və X2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, öz hesablarına «KİA Cerato Coupe» markalı 2010-cu il buraxılışlı ** OC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin "xxxx" MMC-yə təhvil verilməsi vəzifəsi cavabdehlər Borclu və X3 üzərinə qoyulmalı, 100 manat ekspertiza xərci cavabdehlər Borclu və X2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Təqdimata əlavə olunmuş xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-285/2021 saylı icra sənədi üzrə icraat başlanılmış və könüllü icra barədə e233050/2021-5-22-004 nömrəli bildiriş borcluya təqdim olunmuşdur. Göründüyü kimi borclu icra vərəqini könüllü icra müddəti ərzində icra etməmişdir. Təqdimata əlavə olunmuş elektron portaldan çıxarışdan görünür ki, Borclu adına “Mitsubishi Chariot” minik markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsində göstərilir ki, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. Əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-285/2021 saylı icra sənədi üzrə Borclu adına qeydiyyatda olan “Mitsubishi Chariot” minik markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddə maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-285/2021 saylı icra sənədi üzrə Borclu adına qeydiyyatda olan “Mitsubishi Chariot” minik markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar