Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-326/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Tələbkarın nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rövşən Əhmədovun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3613/2022 saylı icra sənədi üzrə borclunun əmlakının üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rövşən Əhmədov məhkəməyə təqdimatla müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3613/2022 saylı icra sənədi üzrə əmlakının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3613/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, 46.917,33 AZN (qırx altı min doqquz yüz on yeddi manat, otuz üç qəpik) məbləğində pul vəsaiti cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədinin icrasına xx.xx.2022-ci il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş rəsmi qaydada təqdim olunmuşdur. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməmişdir. İcra zamanı Tələbkar etibarnamə üzrə nümayəndəsi Nəsimi rayon İcra şöbəsinə müraciət edərək Borclu mülkiyyətində iki mənzilin, yəni Borclu Greenville Residence MMC-nin BGVP-013/20 saylı, xx.xx.2020- ci il tarixli müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi 10A ünvanında yerləşən Greenville yaşayış kompleksinin C2 blok mənzil 6 və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 148.8 m2, 3 otaqlı yaşayış mənzilinin Borclu məxsus ½ hissəsi mövcud olduğunu bildirmişdir. Belə olan halda tələbin sözügedən əmlaklara yönəldilməsi üçün Borclu məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 148.8 m2, 3 otaqlı yaşayış mənzilinin Borclu məxsus ½ hissəsinin üzərinə həbs qoyulması icra məmuru tərəfindən məqsədəmüvafiq hesab edilmişdir. Qeyd edilənlərə əsasən, tələbin həmin əmlaklara yönəldilməsi üçün iş üzrə Borclu məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 148.8 m2, 3 otaqlı yaşayış mənzilinin Borclu məxsus ½ hissəsinin üzərinə həbs qoyulması məsələsinə baxılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi və vəkili Nümayəndə təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hazırki halda məhkəmə təqdimata icra məmuru və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, icra işini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3613/2022 saylı icra vərəqəsinə əsasən iddia tələbi təmin edilməli, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 148.8 m2, 3 otaqlı yaşayış mənzilinin və “Lexus CT200H” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi JTHKD5BH8F2223654, buraxılış ili 2014-cü il olan avtomobilin üzərində Tələbkar ½ hissəsi hissədə payı müəyyən edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi 10A ünvanında inşa edilən yeni yaşayış massivinin C2 blokunun 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80,48 m2 olan, 2 otaqlı, 6 saylı mənzilə dair ödənilmiş 70.376 (yetmiş min üç yüz yetmiş altı) manat məbləğində pulun 2/3 hissəsi üzərində iddiaçının payı müəyyən edilsin və 46.917,33 AZN (qırx altı min doqquz yüz on yeddi manat, otuz üç qəpik) məbləğində pul vəsaiti cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rövşən Əhmədov tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3613/2022 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün 10 gün vaxt verilmişdir. Borclu icra məmurunun qərarını və tələbin könüllü icrası haqqında bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Təqdimata əlavə edilmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, xx.xx.2023-cü il tarixli ərizəyə əlavə olaraq qeyd edilmişdir ki, icra sənədi üzrə Borclu mülkiyyətində başqa mənzil də mövcuddur. Belə ki, onunla “X1” MMC arasında bağlanılmış BGVP-013/20 saylı, xx.xx.2020- ci il tarixli müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi 10A ünvanında inşa edilən yeni yaşayış massivinin C2 blokunun 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80,48 m2 olan, 2 otaqlı, 6 saylı mənzil tikilərək Borclu verilmiş, bunun müqabilində mənzilin tam dəyəri olan 70.376 manat məbləğində vəsait MMC-yə ödənilmiş və MMC-dən buna dair xx.xx.2020-ci il tarixli maliyyə arayışı alınmışdır. Göstərilənlərə əsasən, Borclu mülkiyyətində hazırda iki mənzil mövcuddur, bu baxımdan icra sənədi üzrə 46.917,33 AZN (qırx altı min doqquz yüz on yeddi manat, otuz üç qəpik) məbləğində pul vəsaitinin ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 148.8 m2, 3 otaqlı yaşayış mənzilinin Borclu məxsus ½ hissəsinə yönəldilməsi üçün maneə yoxdur. Əlavə olaraq qeyd etişdir ki, birgə nikahdan olan xx.xx.2004-cü il təvəllüdlü Hacızadə Üzeyirin əqli və fiziki geriliyi vardır, ona “Dərin əqli gerilik, qulluq və müalicə tələb ciddi davranış pozuntuları F73.1 kvadroplegik spasik serebral iflic G80.0” diaqnozu qoyulmuşdur. Daimi qulluğa ehtiyacı vardır, eyni zamanda onun müalicə və tələbatlarının ödənilməsi üçün maddi ehtiyac daha çoxdur. Qeyd edilənlərə əsasən, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3613/2022 saylı icra sənədinin icrasını təmin etmək üçün ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 148.8 m2, 3 otaqlı yaşayış mənzilinin Borclu məxsus ½ hissəsi üzərinə həbs qoyulması barədə təqdimatla Nəsimi Rayon Məhkəməsinə müraciət edilməsi xahiş olunmuşdur. Təqdimata əlavə edilmiş Borclu və Greenville Residence MMC arasında bağlanmış BGVP-013/20 saylı, xx.xx.2020- ci il tarixli müqaviləyə əsasən, inşaatçı “X1” MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi 10A ünvanında inşa edilən yeni yaşayış massivinin C2 blokunun 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80,48 m2 olan, 2 otaqlı, 6 saylı mənzil tikilərək cavabdeh Borclu verilmişdir. Təqdimata əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışa əsasən, ünvan 2 yerləşən mənzil cavabdeh Borclu mülkiyyətindədir. Təqdimata əlavə edilmiş Greenville Residence MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Maliyyə arayışına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi 10A ünvanında inşa edilən yeni yaşayış massivinin C2 blokunun 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80,48 m2 olan, 2 otaqlı, 6 saylı mənzilin dəyəri “X1” MMC-yə tam ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən, borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Eyni Qanununun 43-cü maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Həmin Qanunun 44.1.3-cü maddəsində qeyd edilir ki, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biridir. Qeyd olunan Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur (İcra haqqında Qanunun 50.2. və 50.4.1. maddələri). Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Belə olan halda məhkəmə hesab edir ki, borclunun tələbkar üzrə tələb etdiyi və ödəməli olduğu məbləğ kifayət qədər çox olduğundan təqdimat təmin edilməli və Borclu əmlakı üzərinə həbs qoyulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43-45-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 148.8 m2, 3 otaqlı yaşayış mənzilinin Borclu məxsus ½ hissəsi üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №8(006)-326/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-326/2023
04.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver