Məhkəmə qərarları › İş №8(006)-327/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-327/2024

10.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-327/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(006)-2273/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, borclu xx.xx.1978-ci il tarixdə Biləsuvar rayonu, Nərimankənd kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu icra sənədi üzrə tələb tam təmin olunanadək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-2273/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar ilə Borclu arasında notarial qaydada 30 noyabr 2021-ci il tarixli, 3M-178 reyestr nömrəli kredit (borc) müqaviləsi ləğv edilmişdir. Borclu 30 noyabr 2021-ci il tarixində notarial qaydada təsdiqlənmiş 3M-178 reyestr nömrəli kredit (borc) müqaviləsi üzrə yaranmış 15.000 manat pul, 600 manat hüquqi yardım göstərilməsi xərci, etibarnamə verilməsinə görə 17,25 manat xidmət haqqı və 139,40 manat dövlət üsumu olmaqla, cəmi 15.756,65 manat məbləğində pul tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar, bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün isə tərəflərə göndərilmiş, xx.xx.2023-cü il tarixdə borcluya rəsmi təqdim edilmişdir. Həmin tarixdə borclu şöbəyə verdiyi izahatında Tələbkar işə düzəltmək üçün 13400 manat pulu X5 verdiyini, qərar üzrə borcu hazırda tam şəkildə ödəyə bilməyəcəyini, hissə-hissə 100-200 manat ödəniş edə bilcəyini və X6 pulu ona qaytardığı vaxt tələbkarın xeyrinə tam şəkildə ödəniş edəcəyini bildirmişdir. Borclunun əmlak vəziyyəti "Elektron icra" informasiya sistemi vasitəsi ilə yoxlanılmış, lakin onun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Borclu tərəfindən tələbkarın xeyrinə cəmi iki dəfə ödəniş aparılmışdır. (xx.xx.2024-cü ildə tələbkarın etibarnamə üzrə nümayəndəsi X1 5000 manat, xx.xx.2024-cü il tarixdə isə 500 manat şöbənin depozit hesabına, cəmi 5500 manat) Hazırda borclunun 10256,65 manat borcu təşkil edir. Borclu şöbəyə verdiyi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli izahatlarında borcu tam ödəyə bilmədiyini, hissəhissə ödəniş edəcəyini bildirmişdir. Borclunun fiziki şəxs X7 yanında dərzi kimi çalışması müəyyən edilmiş və xx.xx.2024-cü il tarixdə onun əmək haqqına yönədilmişdir. Hesab edilir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Borclu təqdimatın təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hazırkı halda məhkəmə təqdimata gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(006)-2273/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən iddia tələbi qismən təmin edilərək, iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında notarial qaydada 30 noyabr 2021-ci il tarixli, 3M-178 reyestr nömrəli kredit (borc) müqaviləsi ləğv edilməli, cavabdeh Borclu 30 noyabr 2021-ci il tarixində notarial qaydada təsdiqlənmiş 3M- 178 reyestr nömrəli kredit (borc) müqaviləsi üzrə yaranmış 15.000 manat pul, 600 manat hüquqi yardım göstərilməsi xərci, etibarnamə verilməsinə görə 17,25 manat xidmət haqqı və 139,40 manat dövlət üsumu olmaqla, cəmi 15.756,65 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli, e172634/2023-5-34-004 saylı bildirişdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(006)-2273/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu tələbi icra etmək üçün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli Qərardan göünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(006)- 2273/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş Borclu alınan izahatlardan görünür ki, borclu icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığı təqdirdə barəsində müvafiq qanunvericiliklərə uyğun olaraq məcburi icra tədbirlərinin tətbiq ediləcəyi barədə xəbərdar edilmişdir. Təqdimata əlavə edilmiş Tələbkar etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Cəlaləddin Əliyevə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-2273/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi 24 iyul 2023-cü il tarixdə qüvvəyə minmiş və həmin tarixdə icra sənədi verilmişdir. Lakin bugünədək icra işi üzrə Borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Hazırki ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2273/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilməsi və Borclu barəsində müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Təqdimata əlavə edilmiş Tələbkar etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Cəlaləddin Əliyevə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-2273/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi 24 iyul 2023-cü il tarixdə qüvvəyə minmiş və həmin tarixdə icra sənədi verilmişdir. Həmin icra sənədi üzrə Borclu 5000 manat pulu xx.xx.2024-cü il tarixdə Nəsimi rayon icra şöbəsinin inzibati binasında ona verdi. Ödənilən 5000 manat pulu Tələbkar adından qəbul etdi. Sözügedən icra sənədi üzrə Borclu 10.756,65 manat məbləğində borcu qalmışdır. Nəzərə alınması xahiş edilmişdir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən X9 ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2273/2023 nömrəli, .xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar ilə Borclu arasında notarial qaydada 30 noyabr 2021-ci il tarixli, 3M-178 reyestr nömrəli kredit (borc) müqaviləsi ləğv edilmiş, Borclu 30 noyabr 2021-ci il tarixində notarial qaydada təsdiqlənmiş 3M-178 reyestr nömrəli kredit (borc) müqaviləsi üzrə yaranmış 15.000-(on beş min) manat pul, 600 (altı yüz) manat hüquqi yardım göstərilməsi xərci, etibarnamə verilməsinə görə 17,25 (on yeddi manat, iyirmi beş qəpik) manat xidmət haqqı yəT3S^Q^(yüz otuz doqquz manat, qırx qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 15.756,65 (on beş min yeddi yüz əlli altı manat, altmış beş qəpik) manat məbləğində pul tutularaq Tələbkar ödənilməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 2273/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi borclunun əmək haqqına yönəldilməsi üçün X9 göndərilir. Hazırda borc məbləği 10256,65 manat təşkil edir. İş üzrə Borclu cəmi 10256,65 manat məbləğində pul vəsaiti alınaraq Tələbkar xeyrinə ödənilməsi məqsədilə əmək haqqından hər ay 50% məbləğində tutulsun və borclunun əmək haqqından aparılan tutulmalar Nəsimi rayon icra şöbəsinin depozit hesabına köçürülsün. Tələbkara ödənilməli olan pul tələbi ödənilib qutardıqdan sonra “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən borcludan tutulmalı pul məbləğinin 7% həcmində 1102,96 manat icra ödənişinin borclunun əmək haqqından tutulub Nəsimi rayon icra şöbəsinin hesabına köçürülməsi xahiş olunur. Tutulma başa çatdıqda, borclu işdən çıxdıqda və ya iş yerini dəyişdikdə bu barədə dərhal Nəsimi rayon İcra şöbəsinə məlumat verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci maddəsində qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması şəxsin konstitusion hüquqları ilə bağlıdır və bu səbəbdən də icra məmurları tərəfindən həmin təqdimatlar yetərincə əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd olunanları, uzun müddət keçməsinə baxmayaraq borclu tərəfindən öhdəliyin kiçik bir hissəsinin yerinə yetirilməsini və qalan borc məbləğinin çox olmasını, həmçinin borclunun təqdimatın təmin edilməsinə etirazının olmamasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 təqdimatı təmin edilsin. xx.xx.1978-ci il tarixdə Biləsuvar rayonu, Nərimankənd kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar