Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-329/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 dekabr 2023-cü il tarixli, 2- 2(103)-845/2023 saylı qətnaməsi üzrə verilmiş icra sənədi üzrə Bakı şəhəri üzrə Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən verilən “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” təqdimata yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri üzrə Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 təqdimat ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu2 və ünvan 2 ünvanda qeydiyyatda olan Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqimatı nəzərdən keçirərək hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, araşdırılma zamanı aydın olmuşdur ki, təqdimat verildiyi zaman icra məmuru tərəfindən aidiyyət normalarına riayət edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsinə əsasən İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bundan başqa, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli Plenum qərarına əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, iş üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələlərinin yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilməsi məhkəmələrə tövsiyə edilmişdir. Qeyd edilən qərarın məzmunundan görünür ki, işə baxan məhkəmə dedikdə birinci instansiya məhkəməsi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə iş materiallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən çıxarılan qərar üzrə ödənilməyən borca münasibətdə hazırki təqdimat verilmişdir. Odur ki, hazırki təqdimat müvafiq olaraq Bakı Kommersiya Məhkəməsinə təqdim edilməlidir. Həmçinin, məhkəmə qanunun analogiyasını tətbiq edərək icra məmuruna müvafiq qərarı qəbul etmiş məhkəməyə təqdimatla müraciət etməyini izah etməlidir. Odur ki, yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, təqdimat və ona əlavə olunmuş sənədlər icra məmuruna geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 dekabr 2023-cü il tarixli, 2- 2(103)-845/2023 saylı qətnaməsi üzrə verilmiş icra sənədi üzrə Bakı şəhəri üzrə Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən verilən “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” təqdimat geri qaytarılsın. İcra məmuruna izah edilsin ki, ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(006)-329/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-329/2024
26.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver