Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-335/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(006)-1032/2024-018 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclular Borclu1 və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, e-2(006)-1032/2024-018 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclular Borclu1 və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1032/2024-018 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 kredit müqaviləsindən irəli gələn 24.11,2023-cü il tarixinə ödənilməmiş ümumilikdə 8475,99 (səkkiz min dörd yüz yetmiş beş manat, doxsan doqquz qəpik) manat borc və iddia qaldırılması üçün ödənilmiş 105 (yüz beş) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidməti haqqı müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi şöbənin icraatına 01,04.2024-cü il tarixdə daxil olmuş və həmin tarxdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Borclu X3 və X4 şöbəyə dəvət edilərək izahatları alınmış onlar izahatlarında hazırda maddi imkanlarının olmadığı akin, borc məbləğini 45 gün müddətində ödəyə biləcəyini qeyd etmişdirlər. İcraat zamanı borclulara məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. Borclular Borclu1 və Borclu2 şöbəyə dəvət edilərək izahatları alınmış onlar izahatlarında hər ay 200 manat ödəyəcəklərinə söz vermişdilər. Göstərilənlərə əsasən (xx.xx.2003-cü il təvəllüdlü, Fin-xxxxxxx, AA-6541013) ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 və (xx.xx.1974-cü il təvəllüdlü, Fin-xxxxxxx, MYİ-AA******* ünvan 2 ünvanında qeydiyyatda olan Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tələbkar, icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hazırkı halda məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(006)-1032/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən iddiaçı Bank "xxxx" ASC ilə Borclu1 arasında bağlanan 22 iyun 2023-cü il tarixli, RPZ-00031- 01/23A nömrəli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Borclu1 və Borclu2 kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə ödənilməmiş 8161 (səkkiz min yüz altmış bir) manat əsas borc, 303.08 (üç yüz üç manat, səkkiz qəpik) manat faiz borcu, 11.91 (on bir manat, doxsan bir qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 8475,99 (səkkiz min dörd yüz yetmiş beş manat, doxsan doqquz qəpik) manat borc və iddia qaldırılması üçün ödənilmiş 105 (yüz beş) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidməti haqqı müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməlidir. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli, e102263/2024-5-33 saylı bildirişdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(006)-1032/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 tələbi icra etmək üçün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş borclular Borclu1 və Borclu2 alınan izahatlardan görünür ki, hər iki borcludan Nəsimi rayon İcra şöbəsində izahat alınaraq, onlar icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığı təqdirdə barələrində müvafiq qanunvericiliklərə uyğun olaraq məcburi icra tədbirlərinin tətbiq ediləcəyi barədə xəbərdar edilmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci maddəsində qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması şəxsin konstitusion hüquqları ilə bağlıdır və bu səbəbdən də icra məmurları tərəfindən həmin təqdimatlar yetərincə əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd olunanları, uzun müddət keçməsinə baxmayaraq borclular tərəfindən öhdəliyin yerinə yetirilməməsini və ödənilməli pul məbləğinin çox olmasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli və borclular Borclu1 və Borclu2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilsin. (xx.xx.2003-cü il təvəllüdlü, Fin-xxxxxxx, AA-6541013) ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 və (xx.xx.1974-cü il təvəllüdlü, Fin-xxxxxxx, MYİ-AA*******) ünvan 3 ünvanında qeydiyyatda olan Borclu2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(006)-335/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-335/2024
05.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver