Məhkəmə qərarları › İş №8(006)-341/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-341/2023

20.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-341/2023 20.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Tələbkarın nümayəndəsi X1, Borclu iştirakı ilə Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X5 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2 (006)-1657/2022-012 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X5 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2 (006)-1657/2022-012 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş e-2 (006)-1657/2022- 012 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu və X2 müştərək qaydada 7101,19 manat məbləğində pul vəsaiti və 91,02 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilımişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış, borclu xx.xx.2023-cü il tarixdə icra şöbəsinə dəvət edilərək izahatı alınmışdır. İcra sənədinin icrasının təmin edilməsi məqsədilə, borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” AR Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, xx.xx.1979-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasına tələbkarın nümayəndəsi X3 təqdimatı müdafiə edərək bildirmişdir ki, hazırki təqdimat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməməsi ilə bağlı məhkəməyə təqdim edilmişdir. Borclunun hər-hansı bir etirazı var idisə, bunu məhkəmə prosesi zamanı və ya onunla güzəştli şərtlərlə müqavilə bağlanılan zaman bildirə bilərdi. Odur ki, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Borclu təqdimata etiraz edərək bildirmişdir ki, borcun ödənilməməsinin səbəbi tələbkar bankın onu aldatmasıdır. Belə ki, o, “EGE” Hospitalda işlədiyi müddətdə tələbkar bankın onu həmin xəstəxana əməkdaşlarına kredit təklifləri etmişlər. Bu vaxt o da, kredit götürmüş, lakin bundan sonra onun xəbəri olmadan tələbkar bank onu digər xəstəxana əməkdaşlarının kredit müqavilələri üzrə zamin kimi göstərmişlər. Daha sonra ona bildirilmişdir ki, mülkiyyətində olan avtomobilinin üzərinə həbs qoyulub və həmin avtomobil satılaraq kredit borcunun bağlanmasına yönəldiləcək, yerdə qalan məbləğ isə ona qaytarılacaqdır. O, bununla razılaşmış və avtomobili dayanacağa yerləşdirmişdir. Bundan sonra o, bildirdi ki, maşına müştəri tapıb, maşın satılacaq. Sonra isə ona məlum olmuşdur ki, maşın satılmış və onun kredit borcuna deyil, zamin kimi dayandığı borclara yönəldilmişdir. O, bununla bağlı rəhbərliklə danışmış, ona bildirilmişdir ki, narahat olmasın, həll ediləcək. Bir neçə il borc mövzusu bağlansa da, sonradan yenidən banka çağırılmış və borcun ödənilməli olduğu ona bildirilmişdir. O, da bildirmişdir ki, imkanı yoxdur. Yalnız ayda 100 manat olmaqla ödəniş edə bilər. Onlar da bununla razılaşmışdır. O 1 ay ödəniş etdikdən sonra ona bankın əməkdaşı bildirmişdir ki, aylıq 100 manat ödəniş edilməsi ilə bank rəhbərliyi razı deyil və onun barəsində məhkəməyə müraciət ediləcəkdir. O, hazırda işləmir və himayəsində yaşlı, xəstə valideynləri vardır. Onun aylıq 100 manat ödəməyə maddi imkanı çatır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Hazırkı halda məhkəmə təqdimata tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 1657/2022 saylı icra vərəqəsinə əsasən iddia tələbi təmin edilmiş, "xxxx" ASC ilə Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Rest № 002CASA193250037 saylı “Güzəştli kredit müqaviləsi”nin ləğv edilməsi, cavabdehlər BorcluTahir oğlu və X2 müştərək qaydada 7072,03 AZN əsas borc, 29,16 AZN faiz borcu olmaqla ümumilikdə, 7101,19 AZN məbləğində borc və 91,02 AZN ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2022--ci il tarixli Qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-1657/2022 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli, e109842/2022-5-36-002 saylı bildirişdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(006)-1657/2022 icra sənədinə əsasən Borclu tələbi könüllü icra etmək üçün vaxt verilmiş, borclu bildirişi aldığını imza edərək təsdiqləmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, "xxxx" ASC Nəsimi rayon İcra Şöbəsinə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilməsini xahiş etmişdir. Borclu Nəsimi rayon İcra Şöbəsində verdiyi izahatdan görünür ki, borclunun evdə xəstəsi olduğundan işləməyib, ayda 100 manat ödəniş edə biləcəyini və imkanı olmadığından icra sənədi üzrə tələbi nə zaman icra edəcəyini bilmədiyini bildirmişdir. Təqdimata əlavə edilmiş “Elektron icra” sistemindən əldə edilmiş məlumata əsasən Borclu mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlak, iş yeri aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli qərarına əsasən isə Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində və beynəlxalq-hüquqi sənədlərdə təsbit olunmuş bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. “İcra haqqında” Qanunun 84-1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbir məhkəmə müdafiəsi konstitusiya hüququnun real həyata keçirilməsinin təminatına yönəlmişdir və bu baxımdan konstitusiya əhəmiyyətli məqsədə çatmağa xidmət etdiyi üçün məqbul sayılmalıdır. “İcra haqqında” Qanunun 84- 1.2-ci maddəsinin həmin Qanunun 84-1.1-ci maddəsi ilə sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdıran tədbir bu və ya digər səbəbdən artıq mütənasiblik prinsipinin tələblərinə cavab vermirsə (o cümlədən məhkəmə qərarının vaxtında və düzgün icra edilməsinə xidmət etmirsə), icra məmuru bu tədbirin götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxmasına baxmayaraq, icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmədikdə, “İcra haqqında” Qanunun 29.1 və 87.1-ci maddələrinə uyğun olaraq borclu icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Məhkəmə qeyd edir ki, ölkədən getmək hüququnun məhdudlaşdırılmasında 2 il müddətin tətbiq edilməsinin məqsədi icra məmurunun icra işinə daha intizamlı məsuliyyətlə yanaşması baxımından əsas olmasıdır. Həmçinin işinin icra edilməsində icra məmurunun hərəkətsizliyinin 2 il ərzində qarşısının alınmasına zəmin yaratmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1 -ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci maddəsində qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Məhkəmə yuxarıda qeyd olunanları və borc məbləğinin çox olmasını nəzərə alaraq, hesab edir ki, təqdimat qismən təmin edilməli və Borclu ölkədən getmək hüququ 2 il müddətinə məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X4 təqdimatı qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-1657/2022 saylı icra sənədi üzrə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1979-cu il təvəllüdlü Borclu ölkədən getmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar