Məhkəmə qərarları › İş №8(006)-343/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-343/2022

03.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-343/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi ilə, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X14 Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1325/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyev “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə təqdimatla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1325/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1325/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2021-ci il tarixdən başlayaraq hesablanmaqla tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin ataları Borclu tutularaq anaları X2 qızına ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin dərhal təmin edilməsi müəyyən edilmişdir. Lakin borclu tərəfindən icra sənədində olan tələb dərhal təmin edilmədiyi üçün icra məmuru tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, iş materiallarını və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1325/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2021-ci il tarixdən başlayaraq hesablanmaqla tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment ataları Borclu tutularaq anaları X2 qızına ödənilməli, qərardad alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyev tərəfindən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1325/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. İcra işinin materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2021-ci il tarixli 420 nömrəli arayışından görünür ki, Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 4 ay 1 gün müddətinə azadlıqdan məhrum edilib və o, 5 saylı Cəzaçəkmə müəssisəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cəza müddətini çəkib və cəza müddətinin sona çatması ilə əlaqədar azad olunub. İcra işinin materiallarında olan Nəsimi rayon İcra şöbəsinin icra məmurları X11, X4, hal şahidləri X10 və X12 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1325/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu polis tərəfindən şöbəyə gətirilərək izahatı alınmış, sonra icra sənədi üzrə tələbkara məxsus olan mobil telefon nömrəsi (tel: ***-***-**-**) ilə əlaqə saxlanılmış, tələbkar öz növbəsində icra sənədi üzrə borclu barəsində inzibati protokol tərtib edilməməsini və hissə-hissə ödənişə razı olduğunu bildirmişdir. İcra işinin materiallarında olan Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 083-10472 nömrəli məktubundan görünür ki, borclu şəxs kimi 70241 nömrəli axtarış işi üzrə axtarışda olan Borclu Nəsimi rayon İcra şöbəsinə təhvil verilmişdir. İcra işinin materiallarında olan xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, icra sənədi üzrə Borclu Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1325/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borcunu 1 (bir) il ərzində tam şəkildə ödəyəcəyini qeyd etmişdir. İcra işinin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyev tərəfindən Borclu barəsində axtarış elan edilmiş və qərar icra edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir. İcra işinin materiallarında olan Nəsimi rayon İcra şöbəsinin icra məmurları X11, X4, hal şahidləri X10 və X12 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1325/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə icra sənədində qeyd olunan Borclu qeydiyyatda olduğu (müvəqqəti yaşadığı və ya faktiki fəaliyyət göstərdiyi) ünvan 1 ünvanına onlar tərəfindən baxış keçirilmiş və Borclu adı çəkilən ünvanda tapmaq və yerini müəyyən etmək mümkün olmamışdır. İcra işinin materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1325/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə yazılı şəkildə məlumat verilmişdir. İcra işinin materiallarında olan X1 müvafiq qurumlara ünvanladığı şikayət ərizəsindən görünür ki, o, Borclu tərəfindən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1325/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icra edilməsində köməklik göstərilməsini xahiş etmişdir. İcra işinin materiallarına əlavə olunmuş elektron portaldan çıxarışdan görünür ki, Borclu adına heç bir daşınar və daşınmaz əmlak aşkar edilməmiş, həmçinin, bank hesabları barədə də məlumat yoxdur. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin təqdimatı təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1325/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar