Məhkəmə qərarları › İş №8(006)-348/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-348/2022

04.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-348/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayevin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5949/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayev məhkəməyə təqdimatla müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5949/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5949/2021- 007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1607,32 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "Stentor” MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi icraata xx.xx.2021-ci il tarixdə daxıl olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borcluya bildiriş göndərilmişdir. Lakin borclu icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərara və çoxsaylı xəbərdarlıqlara heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmışdır. Göstərilənlərə əsasən Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5949/2021-007 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədinin icrasının təmini məqsədi Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5949/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1607,32 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "Stentor” MMC-nin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5949/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, icra məmuru Rövşən Əhmədov tərəfindən xx.xx.2022-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, iş materiallarından görünür ki, tələbin könüllü icra olunması haqqında Borclu xəbərdar olunsa da o, tələbin icrasını könüllü olaraq yerinə yetirməmiş, icra məmurunun çağırışına gəlməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqı, onların vəzifəli şəxsləri həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə olan halda Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu Nəsimi Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayevin Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5949/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məcburi Nəsimi Rayon İcra Şöbəsinə gətirilsin. Qərardadın icrası Nəsimi Rayon İcra Şöbəsinə və Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar