Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-35/2023 17.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-453/2022 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-453/2022 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 453/2022-033 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən “Amrahbank" Açıq Səhmdar Cəmiyyəti ilə Borclu arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli, 520/E saylı kredit müqaviləsi ləğv edilməlidir. Cavabdeh Borclu 23 noyabr 2018-ci il tarixli, 520/E saylı kredit müqaviləsi üzrə 550000 AZN (beş yüz əlli min manat) əsas borc, 229638,91 AZN (iki yüz iyirmi doqquz min altı yüz otuz səkkiz manat, doxsan bir qəpik) faiz borcu, ümumilikdə 779638,91 AZN (yeddi yüz yetmiş doqquz min altı yüz otuz səkkiz manat, doxsan bir qəpik) məbləğində borc, həmçinin 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 AZN (iki yüz manat) cavabdeh Borclu tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixində icraata daxil olduqdan sonra icraata başlamaq haqqında zərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən xəbərdarlıqlara baxmayaraq icra sənədi üzrə tələbi təmin etməmişdir. Göstərilənlərə əsasən Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Nəsimi rayon İcra şöbəsinin icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-453/2022 saylı icra sənədinə əsasən iddia tələbi qismən təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Borclu arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli, 520/E saylı kredit müqaviləsi ləğv edilməli, cavabdeh Borclu 23 noyabr 2018-ci il tarixli, 520/E saylı kredit müqaviləsi üzrə 550000 AZN (beş yüz əlli min manat) əsas borc, 229638,91 AZN (iki yüz iyirmi doqquz min altı yüz otuz səkkiz manat, doxsan bir qəpik) faiz borcu, ümumilikdə 779638,91 AZN (yeddi yüz yetmiş doqquz min altı yüz otuz səkkiz manat, doxsan bir qəpik) məbləğində borc, həmçinin 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 AZN (iki yüz manat) cavabdeh Borclu tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-453/2022 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli, e264178/2022-5-1-003 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün 10 gün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, icra məmuru X3 tərəfindən xx.xx.2022-ci il tarixində borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə təqdimatı araşdıraraq belə qənaətə gəlmişdir ki, Borclu icra sənədinin könüllü icra olunması, icraata başlamaq haqqında qərarların ona göndərilməsi barədə poçt reyestr məlumatının və göndərildiyi təqdirdə təqdim olunması barədə bildirişlərin onun tərəfindən almasına dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən və həqiqətəndə borclunun icradan üzrsüz yayınmasını göstərən sübutlar məhkəməyə təqdim edilmədiyindən təqdimat təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №8(006)-35/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-35/2023
17.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver