Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-352/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi ilə, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1068/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyev məhkəməyə təqdimatla müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1068/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus olan “Audi Q-5” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1068/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 16964.4 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Sagha Farzının xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən edilmişdir ki, Borclu məxsus “Audi Q-5” minik markalı, **- SG-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənlərə əsasən, təqdimatın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, iş materiallarını və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, “Audi Q-5” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Borclu məxsusdur. Təqdimata əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1068/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu 16964.4 (on altı min doqquz yüz altmış dörd manat 40 qəpik) manat alınaraq tələbkar X1 ödənilməsi qərara alınmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1068/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. İcra işinin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1068/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “Audi Q-5” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilməsi və Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə təhvil verilməsi, qərarın surətinin dərhal borcluya, tələbkara və AR DİN BDYPİ-nə göndərilməsi qərara alınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanunun) 27.2-ci maddəsinə əsasən, borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Qanunun 50.4.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. Qanunun 50.2-ci maddəsində göstərilmişdir ki, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdimat təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1068/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbiri olaraq icra sənədi üzrə Borclu mülkiyyətində olan “Audi Q-5” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1068/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “Audi Q-5” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №8(006)-352/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-352/2022
11.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver