Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-362/2023 23.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İcra sənədi üzrə Borclu, İcra sənədi üzrə Tələbkar, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 iştirakları ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərovun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2807/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2807/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərovun xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-2807/2023-010 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1958-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 55000 ABŞ dolları məbləğində pul vəsaiti və 457.84 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən müəyyən edilmişdir ki, borcluya məxsus nəqliyyat vasitəsi var və borclu pensiya alır. Borclunun adına olan nəqliyyat vasitəsi "xxxx" ASC-də ipoteka predmeti olmuş və hərrac vasitəsilə satılmışdır. Eyni zamanda, icra işi üzrə borc məbləği borclunun pensiyasına yönəldilmişdir. Göstərilənlərə əsasən, icra sənədinin icrası təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasında icra sənədi üzrə Borclu mülkiyyətində tələbin yönəldilə biləcəyi heç bir daşınar və ya daşınmaz əmlak olmadığını bildirərək, təqdimatın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında icra sənədi üzrə Tələbkar bildirdi ki, borclu tərəfindən icra sənədində göstərilən məbləğ üzrə ödəniş edilməmişdir. Odur ki, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 təqdimatı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, təqdimatı, iş materiallarını və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2807/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə 55.000 (əlli beş min) ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, həmçinin, 457 (dörd yüz əlli yeddi) manat 84 (səksən dörd) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir; xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərov tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2807/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır; Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmiş, xx.xx.2023-cü il tarixdə Borclu qərarı və bildirişi qəbul etmişdir; Bakı Hərrac Mərkəzinin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli 172/21 nömrəli protokolundan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1549/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu məxus “Mercedes Benz E 350” minik markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan "xxxx" ASC tərəfindən əldə edilmişdir. “Elektron İcra” informasiya sisteminin “Şəxsin kartoçkası” bölməsindən görünür ki, C02780952 nömrəli pasport Borclu məxsusdur, istifadə müddəti xx.xx.2029-cu ilədəkdir. İcra işinin materiallarında olan: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərov tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2807/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məcburi qaydada Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2807/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu icra sənədi üzrə ödənilməli olan məbləğdən hər hansı ödəniş etmədiyini, ona borclu olan şəxslərdən borcunu tam şəkildə aldıqdan sonra Tələbkar olan borcunu ödəyə biləcəyi barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə yazılı izahat vermiş və izahatını öz imzası ilə təsdiq etmişdir. "xxxx" ASC tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Borclu mülkiyyətində olan “Mercedes Benz E350” minik markalı **-GC- *** dövlət nömrə nişanlı avtomobil 172/21 nömrəli, 23 iyun 2022-ci il tarixli hərrac protokoluna əsasən keçirilmiş açıq hərracda bank tərəfindən alınmışdır. Hal-hazırda “Mercedes E350” minik markalı **-GC-*** dövlət nömrə nişanlı avtomobilin bankın balansına alınması zamanı nəqliyyat vasitəsinin üzərində məhdudiyyət olduğu müəyyən edildiyindən həmin avtomobilin bankın mülkiyyətinə keçməsi mümkün olmur. Nəqliyyat vasitəsinin üzərində saxlanılmış məhdudiyyətlərin aradan qaldırılması xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan və məktubdan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərov tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2807/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus olan “Mercedes E350” minik markalı **-GC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbs götürülmüş və həmin qərar icra olunması Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2807/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində icra sənədi üzrə tələbin yönəldilə biləcəyi hər hansı daşınar və ya daşınmaz əmlak yoxdur. Borclu tərəfindən həmin icra sənədi üzrsüz səbəblərdən icra edilmir. Buna görə də məhkəmə hesab edir ki, məcburi icra tədbiri kimi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərovun təqdimatı təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2807/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1958-ci il tarixdə Füzuli rayonunun Əhmədalilar kəndində anadan olmuş və qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2807/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1958-ci il tarixdə Füzuli rayonunun Əhmədalilar kəndində anadan olmuş və qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №8(006)-362/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-362/2023
23.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver