Məhkəmə qərarları › İş №8(006)-363/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-363/2023

24.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-363/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X10 oğlunun katibliyi, İcra sənədi üzrə Tələbkar, İcra sənədi üzrə Borclu nümayəndəsi X1, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-375/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu “Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsi barədə” şikayətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-375/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından şikayət verərək, adına olan “Audi A4” minik markalı **-GV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin (hakim Şərafət Məmmədova) 2(103)-375/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Borclu və X3 vurulmuş maddi ziyanın əvəzi olaraq 6885 (altı min səkkiz yüz səksən beş) manat pulun müştərək qaydada iddiaçı Tələbkar ödənilməlidir. Borclu qətnamədə göstərilən “Vaz-21074” markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomaşını nisyə alqı-satqı əsasında başqa şəxsə satmış və pulunu ödəyib qurtardıqdan sonra baş etibarnamə verəcəkmiş və buna görə də avtomobil satılan şəxsə idarə edilməsi üçün etibarnamə vermişdir. Borclu digər borclu X6 tanımır, onun harada olduğundan və yaşamasından xəbəri yoxdur. Sabunçu Rayon Məhkəməsi onun adına olan avtomobilin üzərinə həbs qoymaqla, saxlanılaraq cərimə meydançasına yerləşdirilməsinə dair qərar qəbul etmişdir (İş № 16(008)-53/2023, hakim Şəbnur Qədirova). İcra vərəqəsində göstərilən maddi ziyanla əlaqədar olaraq Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən Borclu adına olan bir neçə avtomobillərin üzərinə həbs qoyaraq özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulmuş və məhkəməyə təqdimat göndərilmişdir. Lakin Nəsimi Rayon Məhkəməsinin hakimi Günay Abidova tərəfindən verilmiş qərardadda təqdimat qismən təmin edilmiş, “Vaz-21074” markalı ** KK *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. Buna baxmayaraq, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayev yenidən Borclu adına olan, lakin satdığı və pulu ona tamamilə ödənilmiş “Audi A4” minik markalı **- GV-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoymaqla özgəninkiləşdirilməsinə DYPİ tərəfindən məhdudiyyət yaranmışdır (xx.xx.2023-cü il tarixli qərar). Buna görə də alan şəxs həmin avtomobili sənəd üzrə özgəninkiləşdirə bilmir. Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayev “Audi A4” minik markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoymaqla Borclu mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə iclasında Borclu nümayəndəsi X4 şikayəti müdafiə edib, icra məmurunun qərarı ilə həbs qoyulan maşının Borclu adına olmasına baxmayaraq, faktiki olaraq başqa şəxsə satıldığını, Borclu mülkiyyətində olan digər bir maşın üzərinə məhkəmə qərardadı ilə həbs qoyulduğunu bildirərək, şikayətin təmin edilməsini və avtomobilin üzərindən həbsin götürülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Tələbkar şikayəti qəbul etməyib bildirdi ki, icra sənədi üzrə borcluya məxsus olan maşınlardan birinin üzərində həbsin qalmasına razıdır. Lakin məhkəmə qərardadı ilə həbs qoyulan maşın bahalı olduğundan satılmasına ehtimal yoxdur. Ona görə də “Audi A4” minik markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməməsini, şikayət əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 şikayəti qəbul etməyib, məhkəmə qərardadı ilə həbs qoyulmuş maşının satılmasının mümkün olmadığını, ona görə də xx.xx.2023-cü il tarixli qərarla “Audi A4” minik markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulduğunu bildirərək, şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə icra sənədi üzrə borclunun nümayəndəsinin, tələbkarın və icra məmurunun izahatını dinləyib, şikayəti, iş materiallarını və icra işini nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-375/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “Audi A4” minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-53/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Borclu məxsus ** MR *** dövlət qeydiyyat nişanlı, “Vaz-21074” markalı avtomobil üzərinə həbs qoyulmaqla Azərbaycan Respublikasının Dövlət Yol Polisinin cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-103/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, təqdimatın qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-375/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “VAZ-21074” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. “Avtonəqliyyat vasitəsinin məhdudiyyəti” barədə xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, “Audi A4” minik markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2(103)-375/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə qeydiyyatla bağlı məhdudiyyət qoyulmuşdur. İcra işinin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-375/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, vurulmuş maddi ziyanın əvəzi olaraq 6.885,0 (altı min səkkiz yüz səksən beş manat 0 qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Borclu və X3 müştərək qaydada tutularaq, iddiaçı Tələbkar ödənilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, icra məmuru Pərviz Babayevin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-375/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə Borclu məxsus “Audi A4” minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, aidiyyəti orqan tərəfindən həmin qərar icra olunaraq həmin avtomobilə qeydiyyatla bağlı məhdudiyyət qoyulmuşdur. Bundan sonra icra məmuru borcluya məxsus digər maşınlar – “VAZ-21074” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21074” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə təqdimatla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 8(006)-103/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-375/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “VAZ-21074” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan görünür ki, icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı təqdimata əlavə edilməmiş, icra işinin materiallarında olmamış, bir sözlə, məhkəməyə təqdim edilməmişdir. Məhkəmə gəldiyi nəticəni hüququn ədalət və mütənasiblik prinsiplərinə müvafiq olaraq əsaslandırıb, borcun məbləğinə mütənasib olaraq “VAZ-21074” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını qərara almışdır. Hazırki şikayətlə əlaqədar icra işinin materiallarını araşdıran zaman məlum olmuşdur ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadının icrası istiqamətində heç bir tədbir həyata keçirilməmişdir. İcra məmuru qərardadla üzərinə həbs qoyulan maşının çox baha olmasını əsas gətirərək, şifahi şəkildə məhkəməyə bildirir ki, həmin maşının satışı baş tutmayacaqdır. İcra işinin materiallarında maşının qiymətləndirilərək hərrac vasitəsilə satışa çıxarılmasına dair hər hansı hərəkətin edilmədiyi müəyyən edilir. Məhkəmə hesab edir ki, borclunun mülkiyyətində olan digər əmlaklar barəsində tədbirlərin görülməsi və hətta həmin tədbirlərin məhkəmə qərarından əvvəl görülməsinə baxmayaraq, bu barədə məhkəmənin xəbərdar edilməməsi, müvafiq qərarın icra işinin materiallarına əlavə edilmədən məhkəməyə təqdim edilməsi icra məmurunun öz səlahiyyətlərindən sui-istifadədir. İcra sənədi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş avtomobillə əlaqədar tədbirlər görmədən, həmin tədbirlərin nəticə verməyəcəyini ehtimal edərək məhkəmə qərarının icrası istiqamətində icra məmurunun hərəkətsizlik nümayiş etdirməsi qəbul edilməzdir. Məhkəmə bir daha qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-375/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “VAZ-21074” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qanuni qüvvəsini almış məhkəmə qərardadı olduğundan, icra sənədi üzrə borcun məbləği 6885 manat təşkil etdiyindən və borcun Borclu ilə yanaşı digər borcludan da müştərək qaydada tutulması qət edildiyindən, icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qoyulmuş Borclu məxsus “Audi A4” minik markalı **-GV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində həbsin saxlanması məqsədəmüvafiq deyildir. Məhkəmə hesab edir ki, “Audi A4” minik markalı **-GV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə zərurət olduğundan şikayət təmin edilməli, Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-375/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “Audi A4” minik markalı **-GV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. 50.4.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-375/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “Audi A4” minik markalı **-GV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-375/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “Audi A4” minik markalı **-GV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar