Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-368/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-2347/2022 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 2347/2022 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-2347/2022 saylı icra sənədinə əsasən borclu 15 noyabr 2018-ci il tarixli, ******* saylı müqavilə üzrə ümumilikdə 6638 manat borc və 87 manat ödənilmiş dövlət rüsumu Borclu alınaraq X3 ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixində icraata daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borcluya bildiriş göndərilmişdir. Lakin borclu icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərara və çoxsaylı xəbərdarlıqlara heç bir münasibət bildirilməmiş və məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmışdır. Göstərilənlərə əsasən, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 2347/2022 saylı icra vərəqinə əsasən iddia tələbi təmin edilmiş, 15 noyabr 2018-ci il tarixli, ******* saylı müqavilə üzrə 1060 manat ödənilməmiş hissə, 318 manat faiz borcu, 15 noyabr 2018-ci tarixli, ******* saylı müqavilə üzrə 346 manat ödənilməmiş hissə, 104 manat faiz borcu, 19 mart 2019-cu il tarixli, ******* saylı müqavilə üzrə 3050 manat ödənilməmiş hissə, 918 manat faiz borcu, 29 mart 2020-ci il tarixli, ECK5866218 saylı müqavilə üzrə 660 manat ödəniolməmiş hissə, 182 manat faiz borcu olmaqla, ümumilikdə 6638 manat borc və 87 manat ödənilmiş dövlət rüsumu cavabdeh Borclu alınaraq X3 ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-2347/2022 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin iş materiallarından görünür ki, icra məmuru X2 tərəfindən xx.xx.2022-ci il tarixində borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çagırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən 84.3-cü həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və xx.xx.1981-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Nəsimi rayon İcra şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-2347/2022 saylı icra sənədi üzrə xx.xx.1981-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Nəsimi rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərarın icrası Nəsimi rayon İcra şöbəsinə və Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №8(006)-368/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-368/2022
10.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver