Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-378/2023 22.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə Tələbkar Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurunun hərəkətsizliyindən verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar tərəfindən şikayət verilərək Bakı şəhəri Nəsimi rayon İcra məmuru X1 qətnamənin icrasının təmin edilməsində hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-659/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən "X4" Məhdud Məsuliyyətli Cəmiyyətindən 5000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 manat məbləğində pul tutularaq ona verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-659/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilmişdir və icra məmuru X1 icraatındadır. Borclu "X4" Məhdud Məsuliyyətli Cəmiyyəti heç bir ödəniş etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-659/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icra olmamasının səbəbini icra məmurunun hərəkətsizliyində görür. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-659/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə borclu "X4" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi barəsində məcburi gətirmə, axtarış elan edilməsi, ünvana baxış keçirilməsi və borclunun ölkədən çıxışına müvəqqəti olaraq məhdudiyyət qoyulması barədə ərizələrinin heç birinə baxılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ərizəyə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə rədd edilməlidir. Məhkəmə Tələbkar tərəfindən verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Eyni Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göstərilən Qanunun 44.1-ci maddəsinə əsasən həmin qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Həmin Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çagırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Qeyd olunan Qanununun 84.2-ci maddəsinə əsasən 84.3-cü həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Nəsimi rayon İcra məmuru X2 tərəfindən borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdimatla müraciət edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-377/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Bu halda məhkəmə bildirir ki, icra məmuru tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilmədiyindən və hazırki zərurət aradan qalxdığından Tələbkar verdiyi ərizə rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Tələbkar verdiyi ərizə rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilər.
Məhkəmə qərarları › İş №8(006)-378/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-378/2023
22.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver