Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-382/2022 23.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, Tələbkar tərəfindən verilmiş “ödənilməli pul məbləğinin indeksasiyasına dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, "xxxx" MTK-dən 7200 ABŞ dolları pul vəsaiti ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla tutulmalı pul məbləğinin xx.xx.2007-ci il tarixdən hal-hazıradək indeksasiyasının müəyyən edilərək ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-287/2022 saylı 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) o, Tələbkar cavabdeh "xxxx" MTK-a qarşı artıq ödənilmiş 7200 ABŞ dolları pul vəsaitinin ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla cavabdeh "xxxx" MTK-dan xeyrinə tutulmasını qət etmişdir. Nəsimi Rayon Məhkəməsinin göstərilən qətnaməsi hazırda icra mərhələsindədir. Hesab edir ki, məhkəmə tərəfindən həmin pul məbləğlərinin indeksasiyası həyata keçirilməlidir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi istehlak qiymətləri indeksinin göstəricisini hesablayan rəsmi dövlət orqanı olduğuna görə, ona ödənilməli pul məbləğinin indeksləşdirilməsi Dövlət Statistika Komitəsinin müəyyən etdiyi istehlak qiyməti indeksinin nisbəti nəzərə alınmaqla həyata keçirilir. Beləliklə, ona ödənilməli 7200 ABŞ dollarının 2007-2022-ci illər üzrə indeksasiyası 11430 ABŞ dolları təşkil edir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar heç bir üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-287/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən, artiq ödənilmiş 7.200 ABŞ dolları pul vəsaiti ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla cavabdeh "xxxx" MTKdan iddiaçı Tələbkar xeyrinə tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, 50 manat ekspertiza xərci cavabdeh "xxxx" MTK-dan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir. Nəzərə alımalıdır ki, həmin mülki iş üzrə qətnamə xx.xx.2022-ci il tarixli olduğundan və mülki iş hazırda Bakı Apelyasiya Məhkəməsinin icraatında olduğundan, mülki iş üzrə qətnamə qanuni qüvvəsini almamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Belə ki, qanunun məzmunundan da göründüyü kimi, qətnamə hazırda qanuni qüvvəsini almadığından, nəzərdə tutulmuş məbləğin yalnız icra icraatı mərhələsində indeksasiyası məsələsinə baxıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar tərəfindən verilmiş “ödənilməli pul məbləğinin indeksasiyasına dair” ərizəsi rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səməd Cəfərov
Məhkəmə qərarları › İş №8(006)-382/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-382/2022
23.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver