Məhkəmə qərarları › İş №8(006)-393/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-393/2023

19.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-393/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-913/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Nəsimi rayon icra şöbəsinin icra məmuru Cəlaləddin Əliyev tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Cəlaləddin Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-913/2022 nömrəi, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu əsas borc üzrə 2200 manat, 30 manat hüquqi xidmətin əvəzi, 42 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq tələbkar X1 verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbəyə daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borcluya göndərilmişdir. Borcluya xx.xx.2022-ci il tarixdə icraata başlama haqqında qərarı və bildirişi rəsmi təqdim olunmuşdur. Borclunun əmlak vəziyyəti elektron icra informasiya sistemi vasitəsi ilə yoxlanılmış, lakin onun adına hər hansı bir daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Borclu xx.xx.2022-ci il tarixdə şöbəyə dəvət olunmuş, izahatı alınmış və izahatında icra sənədindər xəbərdar olduğunu, maddi vəziyyətinin çətin olduğunu, tam ödəniş edə bilməyəcəyini və tələbkarla razılığa gələrək hissə-hissə hər ay 100 manat olmaqla ödəyəcəyini bildirmişdir. İş üzrə tələbkar X2 xx.xx.2022-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək borclunun 2192 manat qalıq borcun olduğunu, borclu tərəfindən bu günə kimi cəmi 80 manat pul ödənildiyini bildirmiş və borclu barəsində tədbir görülməsini xahiş etmişdir. Borclu xx.xx.2022-ci il tarixdə yenidən şöbəyə dəvət olunmuş, borcluya xəbərdarlıq məktubu rəsmi təqdim olunmuş, izahatı alınmış, izahatında icra sənədi üzrə borcdan 80 manat ödədiyini, işlədiyi yerdə problemlər olduğundan ödəniş edə bilmədiyini, xx.xx.2022-ci il tarixədək 200 manat ödəyəcəyini qalan məbləğin əmək haqqından ödəyə biləcəyini bildirmişdir. İcra sənədini icra etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə borcun Borclu əmək haqqından tutulması üçün iş yerinə yönəldilmiş, lakin tutulmalar aparılmamışdır. Borclu xx.xx.2023-cü il tarixdə yenidən şöbəyə çağırılmış, izahatı alınmış, izahatında 3 ay əmək haqqı almadığını, işlədiyi şirkətin borcu olduğundan hesabların bağlandığını bildirmiş, bu ayın sonuna tələbkarın xeyrinə ödəniş edəcəyini bildirmişdir. Həmin tarixdə borclu barəsində protokol tərtib edilərək, baxılması üçün Nəsimi rayon Məhkəməsinə təqdim olunmuş və məhkəmənin 3(006)-565/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Borclu inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə şöbəyə yaxınlaşmış, izahatında xx.xx.2023-cü il tarixdə iş yerindən aldığı məvacibin yəni 300 manatın yarısını 150 manatı tələbkarın xeyrinə ödədiyini və bundan sonra da hər ay əmək haqqının əlli faizini tələbkarın xeyrinə ödəyəcəyini bildirmişdir. Lakin, tələbkarın xeyrinə heç bir ödəniş etməmiş və dəfələrlə xəbərdar olunmasına baxmayaraq icra məmurunun çağırışlarına gəlməmişdir. Borclu sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 150 manat ödəyərək qəbzi şöbəyə göndərmişdir. Borclu tərəfindən icra sənədi üzrə ümumilikdə 380 manat pul ödənilmişdir. Qalıq borcu 1892 manat təşkil edir. Bu günədək icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İş üzrə tələbkar X2 icra sənədi üzrə tələbin tam təmin edilməsini tələb edir. Hesab etmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Nəsimi rayon icra şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin nümayəndəsi, tələbkar və borclu gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-913/2022 nömrəi, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu əsas borc üzrə 2200 manat, 30 manat hüquqi xidmətin əvəzi, 42 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq tələbkar X1 verilməlidir. Nəsimi rayon icra şöbəsi tərəfindən təqdim edilmiş icra işinin materiallarından görünür ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə “Elektron icra” informasiya sistemindən sorğular edilmişdir. İş materiallarından görünür ki, tələbin könüllü icrası haqında xx.xx.2022-ci il tarixli bildirişinin surəti Borclu tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İş materiallarından görünür ki, icra şöbəsində borcludan izahatlar alınmış, həmin izahatlarla borclu icra sənədi üzrə borcun ödənilməməsi səbəbi kimi maddi vəziyyətində çətinliklər olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, borclunun yaşadığı ünvan 1 ünvanında tapmaq mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Borclu xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar