Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-402/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X18 oğlunun katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X9 iştirakı ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru X14 Rayon Məhkəməsinin 2(041)-232/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev təqdimatla məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-232/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1986-cı il təvəllüdlü X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-232/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il tarixdə anadan olmuş X4, xx.xx.2016-cı il tarixdə anadan olmuş X6 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq X1 hər ay hər uşağa görə sabit pul məbləği ilə 110 manat, cəmi 330 manat miqdarında aliment tutularaq X5 ödənilməlidir. İcra sənədi Nəsimi rayon İcra şöbəsinin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmiş, lakin hazırki vaxtadək könüllü və sonrakı müddət ərzində icra sənədi ilə müəyyən edilmiş vəzifələr borclu tərəfindən yerinə yetirilməmiş, məhkəmə qərarlarının real icrasına yönələn heç bir tədbir görülməmiş və bu tədbirlərin həyata keçirilməsinə hərəkətsizlik göstərilməklə tələbin edilməsinə təşəbbüs belə göstərilməmişdir. İcraat zamanı tələbin yönəldilə biləcəyi borcluya məxsus əmlak aşkar edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, icra sənədi üzrə Tələbkar və borclu X7 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Nəsimi rayon İcra şöbəsinin icra məmuru X11 təqdimatı müdafiə edib bildirdi ki, borclunun icra sənədi üzrə 2640 manat məbləğində borcu yaranmışdır. Tək gəlir yeri pensiyadır və pensiyasının 70 %-nə tutma yönəldilmişdir, bu isə 105 manat edir. Borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakın olmamasını nəzərə alaraq, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunun izahatını dinləyib, təqdimatı, iş materiallarını və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-232/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il tarixdə anadan olmuş X4, xx.xx.2016-cı il tarixdə anadan olmuş X6 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq X1 hər ay hər uşağa görə sabit pul məbləği ilə 110 manat, cəmi 330 manat miqdarında aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən Kürdəmir Rayon Məhkəməsinin 2(041)-232/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin dərhal icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borclu X3 Kürdəmir Rayon Məhkəməsinin 2(041)-232/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini dərhal icra etmək barədə xəbərdarlıq edilmişdir. Tələbkar Nəsimi rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, borclu X7 tərəfindən həmin vaxtadək cəmi 2200 manat aliment ödənilmiş, 2750 manat isə aliment borcu yaranmışdır. Borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. İcra işinin materiallarında olan: Borclu X7 xx.xx.2023-cü il tarixli izahatında bildirmişdir ki, icra sənədi üzrə ödənişlərlə bağlı pensiya kartı tələbkardadır, borcunu hissə-hissə ödəyə bilər, adına əmlak, qiymətli kağız və ya əmanət yoxdur. Tələbkar Nəsimi rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, borclu X7 tərəfindən həmin vaxtadək aliment məbləği ödənilməmiş və 2640 manat aliment borcu yaranmışdır. Odur ki, aliment borcunun alınması ilə əlaqədar borclu barəsində məcburi icra tədbirlərinin görülməsini, xüsusilə inzibati və cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, X7 “ümumi xəstəlik – 3-cü qrup” təyinatı ilə 150 manat pensiya alır. Göründüyü kimi, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-232/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi borclu X7 tərəfindən üzrsüz səbəbdən icra edilmir. Məhkəmə araşdırması zamanı borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Odur ki, icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin təqdimatı təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-232/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1986-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-232/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1986-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №8(006)-402/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-402/2023
19.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver