Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-406/2022 21.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Borclu iştirakı ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru Arzu Abdullayevin «borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi»nə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru Arzu Abdullayev məhkəməyə təqdimatla müraciət edərək «borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi» barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6323/2019-012 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 8.640 manat məbləğində dəymiş zərər və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh Borclu tutularaq iddiaçı X2 ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 8(006)-227/2020 saylı, xx.xx.2020-ci il taixli qərardadı ilə Borclu adına olan «CHEVROLET CRUZE» minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. X1 xx.xx.2022-ci il tarixli ərizəsində borc məbləğinin qalıq hissəsindən vaxtından əvvəl imtina etdiyi qeyd edilmişdir. Göstərilənlərə əsasən Borclu adına olan «CHEVROLET CRUZE» minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Borclu təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməli, Borclu adına olan «CHEVROLET CRUZE» minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, işin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 8(006)-227/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Borclu məxsus olan «CHEVROLET CRUZE» minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. İş materiallarında olan tələbkar X1 notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Borclu borc məbləğinin qalıq hissəsindən vaxtından əvvəl imtina edir. «CHEVROLET CRUZE» minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsinə etiraz etmir. İş materiallarında olan “icraata xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6323/2019-012 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu adına olan «CHEVROLET CRUZE» minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru Arzu Abdullayevin «borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi»nə dair təqdimatı təmin edilsin. Borclu adına olan «CHEVROLET CRUZE» minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №8(006)-406/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-406/2022
21.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver