Məhkəmə qərarları › İş №8(006)-408/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-408/2022

06.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-408/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-1936/2022 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimatla müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-1936/2022 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-1936/2022-027 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X3, X4, Borclu müştərək qaydada 9362,14 AZN (doqquz min üç yüz altmış iki manat, on dörd qəpik) əsas, 746,84 AZN (yeddi yüz qırx altı manat, səksən dörd qəpik) faiz borcu olmaqla, ümumilikdə 10108,98 AZN (on min bir yüz səkkiz manat, doxsan səkkiz qəpik) məbləğində borc və 120,33 AZN (bir yüz iyirmi manat, otuz üç qəpik) ödənilmiş dövlət rüsumu alınaraq "X8" Bakı filialına ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixində icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Eyni zamanda "Elektron icra" infomasiya sistemindən borcluya məxsus mobil nömrələrinə smslər göndərilmişdir, qeyd olunanlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Göstərilənlərə əsasən, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Nəsimi rayon İcra şöbəsinin icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-1936/2022 saylı icra sənədinə əsasən cavabdehlər X3, X4, Borclu müştərək qaydada 9362,14 AZN (doqquz min üç yüz altmış iki manat, on dörd qəpik) əsas, 746,84 AZN (yeddi yüz qırx altı manat, səksən dörd qəpik) faiz borcu olmaqla, ümumilikdə 10108,98 AZN (on min bir yüz səkkiz manat, doxsan səkkiz qəpik) məbləğində borc və 120,33 AZN (bir yüz iyirmi manat, otuz üç qəpik) ödənilmiş dövlət rüsumu alınaraq "X8" Bakı filialına ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-1936/2022 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli, e210477/2022-5-1-003 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün 10 gün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, icra məmuru X2 tərəfindən xx.xx.2021-ci il tarixində borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə təqdimatı araşdıraraq belə qənaətə gəlmişdir ki, Borclu icra sənədinin könüllü icra olunması, icraata başlamaq haqqında qərarların ona göndərilməsi barədə poçt reyestr məlumatının və göndərildiyi təqdirdə təqdim olunması barədə bildirişlərin onun tərəfindən almasına dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən və həqiqətəndə borclunun icradan üzrsüz yayınmasını göstərən sübutlar məhkəməyə təqdim edilmədiyindən təqdimat təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar