Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-42/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Tələbkar Mirsadiq oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4007/2024-009 saylı, xx.xx.2024-cü tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu "xxxx" MMC-nin mülkiyyətində olan əşyaların üzərinə həbs qoyulması barədə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babyevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi Rayon İcra şöbəsinin icra məmuru Pərviz Babyev Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4007/2024-009 saylı, xx.xx.2024-cü tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu "xxxx" MMC-nin mülkiyyətində olan 1 ədəd “Aмплипулсь- 4" fizioterapiya cihazı, 1 ədəd "Classic-120 markalı xəstəbaşı monitor, 1 ədəd “H 5001" markalı estetik kombayn, 1 ədəd "X4., Ltd” markalı (Model: Multiplus) anestezi cihazı, 2-ci mərtəbə-19-cu otaqda (baş həkimin otağı) olan 1 ədəd açıq qəhvəyi rəngli dolab, 1 ədəd qəhvəyi rəngli müdir masası, 1 ədəd açıq qəhvəyi rəngli müdir kreslosu, 2 ədəd qəhvəyi rəngli kreslo, 1 ədəd 3 qapılı açıq qəhvəyi rəngli dolab, 1 ədəd ağ rəngli 2 qapılı dolab. 1 ədəd "hp" markalı stolüstü kompüter, 1 ədəd ‘'LG" mcrkalı kondisioner, 1 ədəd yazı masası (açıq qəhvəyi rəngli), həmin binanın digər otaqlarında aşkar edilən 1 ədəd 4 qapılı dolab (açıq qəhvəyi rəngli), 6 ədəd 3 qapılı açıq qəhvəyi rəngli dolab, 2 ədəd 2 qapılı qara rəngli dolab, 10 ədəd qara və ağ rəngli ofis kreslosu, 10 ədəd müxtəlif rəngli ofis stulu, 6 ədəd ağa və qara rəngli, açıq qəhvəyi rəngli ofis masası, 1 ədəd açıq qəhvəyi rəngli künc divan (Karel Büro firması), 2 ədəd “LG" və "TCL" markalı televizor, 2 ədəd “LG" markalı kondisioner, 1 ədəd “Toshiba" markalı qara rəngli mikrodalğalı soba, 4 ədəd “LG" markalı və "DELL" markalı kompeter, 3 ədəd "hp” markalı printer, 5 ədəd ağ rəngli xəstə müayinəsi üçün çarpayı, 6 ədəd su disperseri (Avanqard) 3 ədəd qeydiyyat masası, 3 ədəd dəhliz stulu, 2 ədəd yazı masası (açıq qəhvəyi rəngli) üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4007/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "Medaura Klinikası” MMC-dən Tələbkar xeyrinə mənəvi ziyanın əvəzi kimi 10.000 (on min) manat məbləğində pul tutulmalıdır. Borclu "MedAura Klinikası” MMC-dən 26600 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. Göstərilən icra sənədi xx.xx.2024cü il tarixdə Nəsimi rayon İcra şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq icraata başlamaq haqqında qərar qəbul olunaraq, tələbin 10 gün könüllü müddət ərzində ödənilməsinə dair bildirişlə bərabər xx.xx.2024-cü il tarixdə borclu təşkilatın icra sənədində qeyd olunan ünvan 1 ünvanına "xxxx" izləmə kodlu məktubla göndərilmiş və MMC tərəfindən sözügedən məktub xx.xx.2024-cü il tarixdə saat 14:01 qəbul edilmişdir. Borclu tərəfindən icra sənədində qeyd olunan tələb “İcra haqqında" Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddətində könüllü olaraq təmin edilməmiş, bu da iş üzrə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Bundan sonra, Bakı Apellyasiya Mənkəməsinin 2(103)-4007/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə, borclu "xxxx" MMC-nin fəaliyyət göstərdiyi ünvan 2 ünvanına gedilərək əmlakları siyahıya alınmış və saxlanc üçün MMC-nin rəhbəri X2 təhvil verilmişdir. Odur ki, məhkəmədən təqdimatın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Tələbkar Mirsadiq oğlu icra sənədinin icrasının təmin edilməsi ilə əlaqədar icra məmurunun təqdimatının təmin olunmasını məhkəmədən xahiş etdi. Təqdimat vermiş şəxs və borclu məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən digər şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə təqdimata onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və həmin təqdimatın bağlı olduğu icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan: Bakı Apellyasiya Mənkəməsinin 2(103)-4007/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı Tələbkar xeyrinə mənəvi ziyanın əvəzi kimi 10.000 (on min) manat məbləğində pulun tutulması, ‘‘MedAura Klinikası” Məhdud Məsuliyyətli Cəmiyyətindən 26600 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Nəsimi Rayon İcra şöbəsi tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli qərarla Bakı Apellyasiya Mənkəməsinin 2(103)-4007/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasının təmini məqsədilə icraata başlamaq haqqında qərar qəbul edilmiş və qərar icra edilməsi üçün ‘‘MedAura Klinikası” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. İcra işinin materiallarından görünür ki: Nəsimi Rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin xx.xx.2024-cü il tarixli qərarı ilə borclu "xxxx" MMC-nin hesablaşma hesabları üzərinə, cəmi 39162 (otuz doqquz min yüz altmış iki manat) manat həcmində həbs qoyulması qərara alınmışdır. Nəsimi Rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkemooinin 2(103)-4007/2024 nömrəli, 24 09.2024-cü il tarixli icra sənədi könülü icra müddətində yəni, 10 (on) gün ərzində borclu "xxxx" MMC tərəfindən üzürsüz səbəbdən icra olunmadığı üçün ödənilməli oion 36600 (otuz aili min altı yüz manat) manat məbləğin 7 faizi həcmində icra ödənişi tutulması, icra ödənişi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi rayon İcra şöbəsinin hesabına köçürülməsi qərara alınmışdır. Nəsimi R ayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC-nin rəhbəri X1 məcburi qaydada icra şöbəsinə gətirilmədi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirinin növlərindən biridir. 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir 45.1-ci maddəsinə əsasən bu tələbin borclunun əmlakına yönəldilməsi, bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.3-cü maddəsinə görə, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun əmlakı üzərinə həbs qoyulması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə üzrə icra sənədinin verilməsindən müəyyən müddət keçməsinə baxmayaraq, həmin icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Belə ki, borcluya icra sənədini könüllü icra etməsi üçün müraciət olunsa da, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilsə də, borclu tərəfindən könüllü icra həyata keçirilməmişdir. Bundan başqa icra işinin materialları ilə müəyyən edilmişdir ki, icra məmuru tərəfindən müxtəlif banklara – "xxxx" ASC və "xxxx"ASC-də borclunun bank hesablarında olan pul vəsaitlərinin tutulmasına dair icra sənədi əsasında tərtib edilmiş inkasso sərəncamları icra üçün göndərilmiş, bundan sonra icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə borclunun bankda olan hesablarının və hesabındakı pul vəsaitlərinin üzərinə 39162 manat həcmində həbs qoyulması qərara alınmış, "xxxx" ASC tərəfindən inkasso sərəncamı icra edilmədən geri qaytarılmışdır. Məhkəmə icra sənədinin icrasının təmin edilməsi və tələbkarın hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə hesab edir ki, borclu ‘‘MedAura Klinikası” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan 1 ədəd “Aмплипулсь-4" fizioterapiya cihazı, 1 ədəd "Classic-120 markalı xəstəbaşı monitor, 1 ədəd “H 5001" markalı estetik kombayn, 1 ədəd "X4., Ltd” markalı (Model: Multiplus) anestezi cihazı, 2-ci mərtəbə-19-cu otaqda (baş həkimin otağı) olan 1 ədəd açıq qəhvəyi rəngli dolab, 1 ədəd qəhvəyi rəngli müdir masası, 1 ədəd açıq qəhvəyi rəngli müdir kreslosu, 2 ədəd qəhvəyi rəngli kreslo, 1 ədəd 3 qapılı açıq qəhvəyi rəngli dolab, 1 ədəd ağ rəngli 2 qapılı dolab. 1 ədəd "hp" markalı stolüstü kompüter, 1 ədəd ‘'LG" mcrkalı kondisioner, 1 ədəd yazı masası (açıq qəhvəyi rəngli), həmin binanın digər otaqlarında aşkar edilən 1 ədəd 4 qapılı dolab (açıq qəhvəyi rəngli), 6 ədəd 3 qapılı açıq qəhvəyi rəngli dolab, 2 ədəd 2 qapılı qara rəngli dolab, 10 ədəd qara və ağ rəngli ofis kreslosu, 10 ədəd müxtəlif rəngli ofis stulu, 6 ədəd ağa və qara rəngli, açıq qəhvəyi rəngli ofis masası, 1 ədəd açıq qəhvəyi rəngli künc divan (Karel Büro firması), 2 ədəd “LG" və "TCL" markalı televizor, 2 ədəd “LG" markalı kondisioner, 1 ədəd “Toshiba" markalı qara rəngli mikrodalğalı soba, 4 ədəd “LG" markalı və "DELL" markalı kompeter, 3 ədəd "hp” markalı printer, 5 ədəd ağ rəngli xəstə müayinəsi üçün çarpayı, 6 ədəd su disperseri (Avanqard) 3 ədəd qeydiyyat masası, 3 ədəd dəhliz stulu, 2 ədəd yazı masasının (açıq qəhvəyi rəngli) üzərinə həbs qoyulması məqsədə müvafiqdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsindən görünür ki, məcburi icra tədbirinin tətbiqi üçün aşağıda göstərilən 3 əsas birlikdə mövcud olmalıdır: 1)icra sənədi icra məmuruna təqdim olunmalıdır; 2) icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmalıdır; 3) könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçməlidir. İşdən görünür ki, hazırkı icra sənədi üzrə məcburi icra tədbirinin tətbiqi üçün göstərilən 3 əsas da mövcuddur. Belə ki, Bakı Apellyasiya Mənkəməsinin 2(103)- 4007/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri icra məmuruna təqdim edilmiş, müvafiq qərarlarla icra məmuru icraata başlamış və borcluya könüllü icra üçün müddət verilmiş, lakin icra sənədi könüllü icra edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanları, borclu tərəfindən öhdəliyin yerinə yetirilməməsini, ödənilməli pul məbləğinin çox olmasını nəzərə alaraq hesab edir ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 267-268-cu, "İcra haqqında" Qanunun 43-44-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu ‘‘MedAura Klinikası” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan 1 ədəd “Aмплипулсь-4" fizioterapiya cihazı, 1 ədəd "Classic-120 markalı xəstəbaşı monitor, 1 ədəd “H 5001" markalı estetik kombayn, 1 ədəd "X4., Ltd” markalı (Model: Multiplus) anestezi cihazı, 2-ci mərtəbə-19-cu otaqda (baş həkimin otağı) olan 1 ədəd açıq qəhvəyi rəngli dolab, 1 ədəd qəhvəyi rəngli müdir masası, 1 ədəd açıq qəhvəyi rəngli müdir kreslosu, 2 ədəd qəhvəyi rəngli kreslo, 1 ədəd 3 qapılı açıq qəhvəyi rəngli dolab, 1 ədəd ağ rəngli 2 qapılı dolab. 1 ədəd "hp" markalı stolüstü kompüter, 1 ədəd ‘'LG" mcrkalı kondisioner, 1 ədəd yazı masası (açıq qəhvəyi rəngli), həmin binanın digər otaqlarında aşkar edilən 1 ədəd 4 qapılı dolab (açıq qəhvəyi rəngli), 6 ədəd 3 qapılı açıq qəhvəyi rəngli dolab, 2 ədəd 2 qapılı qara rəngli dolab, 10 ədəd qara və ağ rəngli ofis kreslosu, 10 ədəd müxtəlif rəngli ofis stulu, 6 ədəd ağa və qara rəngli, açıq qəhvəyi rəngli ofis masası, 1 ədəd açıq qəhvəyi rəngli künc divan (Karel Büro firması), 2 ədəd “LG" və "TCL" markalı televizor, 2 ədəd “LG" markalı kondisioner, 1 ədəd “Toshiba" markalı qara rəngli mikrodalğalı soba, 4 ədəd “LG" markalı və "DELL" markalı kompeter, 3 ədəd "hp” markalı printer, 5 ədəd ağ rəngli xəstə müayinəsi üçün çarpayı, 6 ədəd su disperseri (Avanqard) 3 ədəd qeydiyyat masası, 3 ədəd dəhliz stulu, 2 ədəd yazı masası (açıq qəhvəyi rəngli) üzərinə həbs qoyulsun. Qərardadın icrası Nəsimi Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №8(006)-42/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-42/2025
31.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver