Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-422/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Tələbkar ASC-nin nümayəndəsi X2 iştirakı ilə Tələbkar ASC-nin Nəsimi rayon İcra Şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 13 yanvar 2022-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar ASC tərəfindən Nəsimi rayon İcra Şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 13 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1920/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1189,12 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyev yuxarıda qeyd olunan icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrini rəhbər tutaraq xitam verilməsi haqqında qərar qəbul etmişdir. Qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməli, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1920/2021 saylı. xx.xx.2021-ci il tarixli icra sənədi tam şəkildə icra olunması üçün yenidən Nəsimi rayon İcra şöbəsinə göndərilməlidir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1920/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün Borclu əmək haqqına yönəldilmiş və 16125 nömrəli, xx.xx.2021 -ci il tarixli yönəltmə qərarı icra olunması üçün borclunun iş yeri olan "xxxx" ASC-yə göndərilmişdir. Lakin "xxxx" ASC-dən qeyd olunan icra sənədinin icrası ilə bağlı Banka heç bir vəsait daxil olmamışdır. Borclunun əmək haqqından yalnız 7% icra ödənişi tutulmuş və icra şöbəsinin depozit hesabına köçürülmüşdür. Nəsimi rayon İcra şöbəsinin icraatında olan Tələbkar ASC-nin tələbkar olduğu digər icra sənədi olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-3105/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu X1 da əmək haqqına yönəldilmiş və yönəltmə qərarı borclunun işlədiyi Bakı şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Yönəltmə məktubu Baş Polis İdarəsinə ünvanlanan zaman məktuba qoşma olaraq səhvən Borclu bank hesab rekvizitləri əlavə edilmişdir. Beləliklə, Hüseynov Habilin əmək haqqından tutma aparılaraq Borclu hesabına köçürülmüş və borcundan silinmişdir. Hətta Borclu Hüseynov Habilin əmək haqqından gələn vəsait hesabına borcunun bağlandığını, cari hesabda əlavə vəsaitin qalmasını və bu vəsaitin ona aid olmadığını bilə-bilə 1227 manat məbləğində vəsaiti öz hesabından məxaric edərək mənimsəmişdir. Bakı şəhəri, Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1920/2021-002 nömrəli. xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını faktiki olaraq mümkünsüz etmişdir. Göstərilənlərə əsasən Nəsimi Rayon Məhkəməsinin 2(006)-1920/2021-002 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1920/2021-002 nömrəli, xx.xx.2021 -ci il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Tələbkar ASC-nin nümayəndəsi X4 şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə şikayətə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1920/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1920/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, cavabdeh Borclu 896,12 (səkkiz yüz doxsan altı manat, on iki qəpik) manat əsas, 159,31 (bir yüz əlli doqquz manat, otuz bir qəpik) manat faiz borcu, 103,69 (bir yüz üç manat, altmış doqquz qəpik) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1189,12 (bir min yüz səksən doqquz manat, on iki qəpik) manat məbləğində pulun alınaraq Tələbkar ASC-yə verilməsi qət edilmişdir. İş materiallarında olan “icra ödənişinin alınması barədə” qərardan görünür ki, Borclu 83,24 manat məbləğində icra ödənişinin alınması, icra ödənişi məbləğinin 25%-inin dövlət büdcəsinə, qalan hissəsinin icra məmurlarının xüsusi fonduna köçürülməsi qərara alınmışdır. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, hal-hazırda ödənilməmiş borc məbləği 1159,12 manat təşkil edir. Borclu əmək haqqından hər ay borc ödənilənədək 50% miqdarında pul vəsaitib tutularaq Tələbkar ASC-yə olan ödənilməmiş 1159,12 manat məbləğində pul vəsaiti tələbkarın bank hesabına və ümumi məbləğin (1159,12 manat və 30 manat) 7 faizi həcmində, yəni 83,24 manat məbləğində icra ödənişinin Nəsimi rayon İcra və Probasiya şöbəsinin depozit hesabına köçürülməsinin təmin edilməsi məqsədi ilə icra vərəqəsinin surəti və icra məmurunun icra ödənişinin alınması barədə qərarı icra olunması üçün "xxxx" ASC-yə göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1920/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün Borclu əmək haqqına yönəldilmiş və 16125 nömrəli, xx.xx.2021 -ci il tarixli yönəltmə qərarı icra olunması üçün borclunun iş yeri olan "xxxx" ASC-yə göndərilmişdir. Lakin "xxxx" ASC tərəfindən qeyd olunan icra sənədinin icrası ilə bağlı Banka heç bir vəsait daxil olmamışdır. Borclunun əmək haqqından yalnız 7% icra ödənişi tutulmuş və icra şöbəsinin depozit hesabına köçürülmüşdür. Nəsimi rayon İcra şöbəsinin icraatında olan Tələbkar ASC-nin tələbkar olduğu digər icra sənədi olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-3105/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu X1 da əmək haqqına yönəldilmiş və yönəltmə qərarı borclunun işlədiyi Bakı şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Yönəltmə məktubu Baş Polis İdarəsinə ünvanlanan zaman məktuba qoşma olaraq səhvən Borclu bank hesab rekvizitləri əlavə edilmişdir. Beləliklə, Hüseynov Habilin əmək haqqından tutma aparılaraq Borclu hesabına köçürülmüş və borcundan silinmişdir. Hətta Borclu Hüseynov Habilin əmək haqqından gələn vəsait hesabına borcunun bağlandığını, cari hesabda əlavə vəsaitin qalmasını və bu vəsaitin ona aid olmadığını bilə-bilə 1227 manat məbləğində vəsaiti öz hesabından məxaric edərək mənimsəmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Qeyd etmək lazımdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, icra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Murad Xudaverdiyevin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 13 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1920/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra hərəkətləri davam etdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263- 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Murad Xudaverdiyevin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 13 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1920/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra hərəkətləri davam etdirilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №8(006)-422/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-422/2022
13.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver