Məhkəmə qərarları › İş №8(006)-429/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-429/2022

13.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-429/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rövşən Əhmədovun «borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi»nə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rövşən Əhmədov məhkəməyə təqdimatla müraciət edərək «borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi» barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 994/12 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu bir uşağın yetkinlik yaşına kimi saxlanılması üçün hər ay 87 manat aliment tutularaq Əliyaqubova (Əliyeva) Təranə Fəxrəddin qızına ödənilməlidir. Həmin tutma Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-273/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadı əsasında iş üzrə Borclu məxsus olan “VAZ 21723" markalı, **-RH- *** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilmişdir. Tələbkar Əliyaqubova (Əliyeva) Təranə Fəxrəddin qızı şöbəyə rəsmi ərizə ilə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-994/12 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılmasını, həmçinin borclu barəsində görülən bütün tədbirlərin ləğv edilməsini xahiş etmişdir. Bu səbəbdən tərəflərindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-994/12 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Göstərilənlərə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-273/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməli, Borclu adına olan “Vaz 21723” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, işin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 8(006)-273/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Borclu adına olan “Vaz 21723” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması qərara alınmışdır. İş materiallarında olan tələbkar X1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, icra səndinin geri qaytarılmasını və Borclu barəsində görülən bütün tədbirlərin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan “icra sənədinin qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-994/12 saylı, xx.xx.2012ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu adına olan “Vaz 21723” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rövşən Əhmədovun «borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi»nə dair təqdimatı təmin edilsin. Borclu adına olan “Vaz 21723” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar