Məhkəmə qərarları › İş №8(006)-43/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-43/2025

11.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-43/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Tələbkar X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1741/2021 saylı icra sənədi üzrə təyin edilmiş aliment məbləğinin indeksasiya olunması barədə tələbkar X1 ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1741/2021 saylı qətnaməsi ilə xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Borclu tutulan aliment məbləğinin indeksasiyasını həyata keçirərək hər ay 246 manat məbləğində müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1741/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Borclu hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanda qədər saxlanması üçün ona ödənilməsi qət edimişdir. Bildirir ki, uşağın bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Borclu ona qarşı heç bir diqqət və qayğı göstərmir. Ümumiyyətlə onunla qəti olaraq maraqlanmır. O, uşaqla birlikdə kirayədə yaşayır və 350 manat kirayə haqqı ödəyir. Uşağın sağlamlığı və tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə çıxarılmış qətnamə ilə tutulan aliment məbləği uşağın tələbatlarının ödənilməsi üçün kifayət etmir, həmçinin nəzərə almaq lazımdır ki, dövlət tərəfindən uşaqların saxlanması üçün müəyyən edilmiş minimum məbləğin həcmi artırılaraq 246 manat miqdarında müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Odur ki, ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarını, eləcə də digər bu kimi sosisal iqtisadi meyarlar nəzərə alınmaqla cavabdehdən tutulan alimentin məbləği indeksasiya edilərək 246 manata çatdırılmalıdır. Məhkəmə iclasında tələbkar X3 ərizəni müdafiə edərək izahatında bildirdi ki, aliment uzun müddət öncə təyin edilib. Təyin edilmiş aliment məbləği uşağın xərclərini ödəmək üçün yetmir. Uşağın bütün qayğısını özü çəkir. Xarici dil biliklərini təkmilləşdirmək üçün uşağını hazırlıqlara göndərmək istəyir. Lakin bunun üçün əlavə vəsait tələb olunur. Cavabdehin tələb etdiyi aliment məbləğini ödəməsi üçün kifayət qədər imkanı var. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə borcluya və icra məmuruna məlumat verilməsinə baxmayaraq, onlar, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən ərizəyə borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(006)-1741/2021 saylı qətnaməsi ilə Borclu ilə X3 arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2374 nömrə ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 anası X1 yanında saxlanılması, xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Borclu hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. Qərarın 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, tərəflərin rəsmi nikah münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü X5 uşaqları dünyaya gəlmiş, məhkəmə qətnaməsi ilə uşağın ananın himayəsinə verilməklə, yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu aylıq 175 manat alimentin tutulmalı olması qənaətinə gəlinmişdir. Lakin tələbkarın sözlərinə görə təyin edilmiş aliment məbləği uşağın maddi tələbatını ödəmək üçün kifayət etmir. Məhkəmə alimentin müəyyən edildiyi vaxtdan hazırki 2025-ci ilə münasibətdə ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməklə, alimentin müəyyən edilmiş məbləğin indeksasiyası həyata keçirilməlidir. Belə olduğu təqdirdə hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1741/2021 nömrəli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1741/2021 nömrəli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində indeksasiya olunsun. Qərardadın icrası Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar