Məhkəmə qərarları › İş №8(006)-448/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-448/2022

30.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-448/2022 30.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4772/2021 saylı icra sənədi üzrə Borclu Məmmədli oğlunun əmlakının üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 məhkəməyə təqdimatla müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 4772/2021 saylı icra sənədi üzrə Borclu Məmmədli oğlunun əmlakının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4772/2021 saylı icra sənədinə əsasən Borclu Məmmədli oğlundan 840 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu Məmmədli oğlunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu Məmmədli oğlunun mülkiyyətində olan "VAZ 21154" minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq, Borclu Məmmədli oğlunun mülkiyyətində olan "VAZ 21154" minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hazırki halda məhkəmə təqdimata tələbkar, borclu və icra məmurunun iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4772/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 672 manat, cərimə borcu üzrə 20 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 110 manat, cərimə borcu üzrə 10 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 28 manatı, ümumilikdə 840 manat məbləğində pul Borclu Məmmədli oğlundan tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4772/2021 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli, e270621/2021-5-36-002 saylı bildirişdən görünür ki, Borclu Məmmədli oğluna icra sənədini könüllü icra etmək üçün 10 gün vaxt verilmişdir. Borclu Məmmədli oğlu icra məmurunun qərarını və tələbin könüllü icrası haqqında bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Təqdimata əlavə edilmiş elektron çıxarışa əsasən, Borclu Məmmədli oğlunun adına "VAZ 21154" minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Həmin Qanunun 44.1.3-cü maddəsində qeyd edilir ki, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biridir. Qeyd olunan Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmə təqdimatı işin materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin edilməli, Borclu Məmmədli oğlunun mülkiyyətində olan "VAZ 21154" minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43-45-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Borclu Məmmədli oğlunun mülkiyyətində olan "VAZ 21154" minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar