Məhkəmə qərarları › İş №8(006)-47/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-47/2025

03.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-47/2025 03.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-229/2023-011 nömrəli xx.xx.2023-cü-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu əmlakı üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Nəzrin İbişovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Nəzrin İbişova təqdimatla məhkəməyə müraciət edərək, borclu X1 məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulması xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 229/2023-011 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu Gulu qızından 23254 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafıq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sisıem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan ünvan 1 müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Təqdimat vermiş şəxs və borclu məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə məlumatlandırılmarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən digər şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə təqdimata onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və həmin təqdimatın bağlı olduğu icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-229/2023-011 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 5950 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı Tələbkar ödənilməsi, iddiaçı Tələbkar ilkin alqı-satqı zamanı ödədiyi 102 (yüz iki) manat, mənəvi zərərə görə 1000 (min) manat, mübahisəli torpağın 2017-ci ilin bazar qiyməti ilə hal-hazırkı bazar qiyməti arasında olan fərq, 22100 (iyirmi iki min yüz manat) manat, cəmi 23202 (iyirmi üç min iki yüz iki) manat cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi, iş üzrə apellyasiya mərhələsində keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının tədqiqatı dəyəri olan 100 (yüz) manatın 52 (əlli iki) manatı cavabdeh Borclu, 48 (qırx səkkiz) manatı isə iddiaçı Tələbkar alınaraq, Dövlət xəzinədarlığı Agentliyinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Nəzrin İbişovanın xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-229/2023-011 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli bildirişinin surətinə əsasən Borclu tələbin könüllü icra olunması təklif olunmuşdur. Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, ünvan 1 üzərinə həbs qoyulmuşdur. İcra işinin materiallarından görünür ki: Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan Borclu məcbri qaydada gətirilməsi qərara alınmışdır. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə borclu xx.xx.1955-ci təvəllüdlü Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsindəki 121 A evin, 02 saylı mənzilində qeydiyyatda olan Borclu barəsində axtarış elan edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Nəzrin İbişovanın 18 və 23 avqust 2023-cü il tarixli qərarları ilə Borclu məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsindəki 121 A evin, 2 saylı mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-114/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə borclu xx.xx.1955-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda doğulmuş Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirinin növlərindən biridir. 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir 45.1-ci maddəsinə əsasən bu tələbin borclunun əmlakına yönəldilməsi, bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.3-cü maddəsinə görə, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun əmlakı üzərinə həbs qoyulması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-229/2023-011 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 23254 manat məbləğində pulun tələbkara ödənilməsi Borclu tərəfindən təmin edilməmişdir. Belə ki, borcluya icra sənədini könüllü icra etməsi üçün müraciət olunsa da, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilsə də, borclu tərəfindən könüllü icra həyata keçirilməmişdir. Məhkəmə qeyd edir ki, icra işindən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən 18 və 23 avqust 2023-cü il tarixli qərarlarla hazırki təqdimatda üzərinə həbs qoyulması tələb olunan əmlakın- Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsindəki 121 A evin, 2 saylı mənzilinin üzərinə həbs qoyulması qərara alınmışdır. Məhkəmə həmin əmlakın üzərinə icra məmurunun qərarları ilə artıq həbs qoyulduğunu (eyni əmlakın üzərinə icra məmurunun iki fərqli qərarı ilə həbs qoyulmasının səbəbi qeyri-müəyyəndir), İcra haqqında Qanunun 50.2-ci maddəsində isə icra məmurunun təxirəsalınmaz hallarda məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoymaq səlahiyyətinə malik olmasının nəzərdə tutulmasını nəzərə almaqla eyni mahiyyətli təqdimatla məhkəməyə müraciət edilməsini lüzumsuz hesab edir. Məhkəmə yuxarıda qeyd olunanları – icra məmuru tərəfindən artıq həmin əmlak üzərinə həbs qoyulmasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-229/2023-011 nömrəli xx.xx.2023-cü il tarixi icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu əmlakı üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Nəzrin İbişovanın təqdimatı təmin edilməsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar