Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-474/2025 30.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İcra sənədi üzrə borclunun (ərizəçinin) nümayəndəsi-vəkili Nümayəndə, İcra sənədi üzrə tələbkarın nümayəndəsi X2 iştirakları ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4177/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatın bir hissədə dayandırılması barədə icra sənədi üzrə borclu (ərizəçi) X10 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə borclu (ərizəçi) X10 ərizə və ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4177/2024 nömrəli, xx.xx.2024-ci il tarixli (xx.xx.2025-ci il tarixdə imzalanmışdır) icra vərəqəsinin “əşyalar olmadıqda isə onların dəyərini təşkil edən 83522,69 manat cavabdeh Məhəmməd Zeynaldan alınaraq iddiaçıya verilsin” hissəsi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4177/2024 nömrəli, xx.xx.2024-ci il tarixli (xx.xx.2025-ci il tarixdə imzalanmışdır) icra vərəqəsində iddiaçı Tələbkar cehiz əşyalarının cavabdeh X5 alınaraq iddiaçı Tələbkar verilməsi, əşyalar olmadıqda isə onların dəyərini təşkil edən 83522,69 manat cavabdeh Məhəmməd Zeynaldan alınaraq iddiaçıya verilməsi göstərilmişdir. Həmin icra vərəqəsində ikinci cavabdeh kimi həmin cehiz əşyalarının saxlanıldığı mənzilin mülkiyyətçisi X8 göstərilmişdir. İcra vərəqəsinin icra edilməsi mərhələsində iddiaçı Tələbkar cehiz əşyalarını mənzilində saxlayan cavabdeh İlqar Nəcəfovdan cehizlərin iddiaçı Tələbkar verilməsini icra məmuru tərəfindən təklif verilmiş, lakin İlqar Nəcəfov əşyaların verilməsindən qəsdən imtina etmişdir. Buna görə X11 Rayon Məhkəməsinə iddia ərizəsi verərək cavabdeh X4 Bakı şəhəri Xətai rayonu ünvan 1-də olan mebel, elektrik məişət avadanlıqların alınaraq iddiaçı X7 verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Pirallahı Rayon Məhkəməsinin e-2(094)-208/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə qeyd olunan iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə icraatında olan həmin mülki işdə göstərilmişdir ki, Tələbkar ilə Məhəmməd 21 aprel 2012-ci ildə rəsmi nikaha daxil olmuş, Tələbkar cehiz əşyaları olan mebel və digər ləvazimatlar Məhəmmədin xüsusi mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvana yerləşdirilmişdir. Onlar birgə nikah dövründə, yəni 9 il müddətində həmin əşyalardan istifadə etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur. 03 dekabr 2023-cü il tarixli, AN-İ №1006335 nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə X10 xüsusi mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu ünvan 1-i cavabdeh X1. Mənzildə olan əşyalar, mebel və elektrik məişət avadanlıqları cavabdeh satılmadığından iddiaçı tərəfindən sonra götürələcəyi barədə cavabdehə məlumat verilmişdir. Tələbkar Bakı şəhəri Xətai rayonu ünvan 1-də olan cehiz əşyalarının tələbi ilə məhkəməyə iddia ərizəsi vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Tələbkar iddiası təmin edilmiş çehiz əşyalarının: məişət avadanlıqları, mebel və sair əşyaların iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə qərarının icrası mərhələsində cavabdeh İlqar Nəcəfov əşyaların götürülməsinə icazə verməmiş, mənzilə buraxmamış və müxtəlif maneələr yaratmışdır. Mənzildə olan əşyalar İlqar Nəcəfova satılmamış, onun mülkiyyətinə verilməmişdir. Buna baxmayaraq İlqar Nəcəfov mebel və məişət avadanlıqların iddiaçıya verməkdən imtina etmişdir. Bununla da cavabdeh İlqar Nəcəfov iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. Buna görə X11 Rayon Məhkəməsinə iddia ərizəsi verərək cavabdeh X4 Bakı şəhəri Xətai rayonu ünvan 1-də olan mebel, elektrik məişət avadanlıqları alınaraq iddiaçı X7 verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia üzrə məhkəmə mübahisəsi davam edir. İcra məmuru icra vərəqəsinin icrası məqsədilə əsyaların tələbkara qaytarılmasına dair heç bir iş görmür, əksinə icra vərəqəsinin ikinci hissəsinə dair, yəni pulun borcludan alınaraq tələbkara verilməsi hissəsində icra işlərini görür. Belə ki, icra məmuru borclu Zeynal Məhəmmədin əmlakları üzərində həbs qoyulması, həmin əmlakların hərraca çıxarılması işlərini görür. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 17.1.4.-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. İcra sənədində göstərilmişdir ki, iddiaçı Tələbkar cehiz əşyalarının cavabdeh X5 alınaraq iddiaçı Tələbkar versin. İcra məmuruna bildirilmişdir ki, həmin əşyalar icra sənədi üzrə digər cavabdeh İlqar Nəcəfovun mülkiyyətində olan mənzildə saxlanılır. İcra məmurunun və tərəflərin tələbini icra etməyən İlqar Nəcəfov mənzilinə icra məmurunu və Məhəmməd Zeynalı buraxmır və məhkəmənin icra sənədinin icra edilməsinə qəsdən maneə yaradır. Məhkəmə iclasında icra sənədi üzrə borclunun (ərizəçinin) nümayəndəsi-vəkili Nümayəndə ərizəni müdafiə edərək bildirmişdir ki, Apellyasiya Məhkəməsinin qərarına əsasən verilmiş icra sənədində icranın 2 halda həyata keçirilə bilməsi göstərilmişdir. Birinci halda, cehiz əşyalarının qaytarılması mümkün olmadıqda, əvəzində pulun tutulması qeyd edilmişdir. Həmin əşyalar borclunun başqa şəxsə satdığı mənzildədir və onları geri əldə etmək indiyə qədər mümkün olmamışdır. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə uyğun olaraq, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Odur ki, qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkarın nümayəndəsi X3 ərizəni qəbul etməyərək bildirmişdir ki, əgər cehiz əşyaları hazırda borcluda deyilsə, onların pulla əvəzləşdirilməsinə və ya yenilərinin alınaraq təhvil verilməsinə razıdılar. Çünki illərdir ki, əşyalar mənzilin alıcısı tərəfindən istifadə edilir. Bundan əvvəlki məhkəmə iclaslarında qarşı tərəfin verdiyi izahatlardan aydın olur ki, onlar cehiz əşyalarını qaytarmağa etinasız yanaşırlar. Hətta onlar bir dəfə tələbkarın bu qədər cehiz əşyası gətirmədiyini, onun əşyalarla təmin olunmuş mənzilə köçdüyünü iddia etmişdilər. Lakin bu, doğru deyildir, hətta borclunun həmin mənzili təmir etməyə imkanı olmadığına görə onlar kömək üçün pul təklif etmişdilər. Odur ki, ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni iş materialları və icra işinin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, icra sənədi üzrə icraatın dayandırılmasına dair ərizə təmin edilməməlidir. Belə ki, iş materialları və icra işinin materialları əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4177/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən iddiaçı Tələbkar cehiz əşyalarının cavabdeh X5 alınaraq iddiaçıya verilməsi, əşyalar olmadıqda isə onların dəyərini təşkil edən 83522,69 manatın cavabdeh X5 alınaraq iddiaçıya ödənilməsi nəzərdə tutulmuşdur. Sonradan borclu (ərizəçi) Zeynal Məhəmməd Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində göstərilən cehiz əşyalarının mümkünsüz olması, belə ki, həmin əşyaların mənzildə qalması və mənzilin yeni mülkiyyətçisi İlqar Nəcəfov tərəfindən əşyaların təhvil verilməməsi səbəbindən Pirallahı Rayon Məhkəməsinə iddia ərizəsi verərək, cavabdeh X4 əşyaların alınaraq ona verilməsini xahiş etmişdir. Borclu (ərizəçi) Zeynal Məhəmməd onun tərəfindən Pirallahı Rayon Məhkəməsinə müraciət etməsini əsas göstərərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4177/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə icraatın bir hissədə dayandırılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 15.20-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun: 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. 21.1-ci maddəsinin tələbinə görə bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. 21.2-ci maddəsinin tələbinə görə bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərindən göründüyü kim icra sənədi üzrə icraatın dayandırılmasının iki növü mövcuddur. Birinci, icra üzrə icraatın dayandırılmasının məcburu olduğu hallar (İHQ-n 17-ci maddəsi), ikincisi icraatın dayandırılmasının mümkün olduğu hallar (İHQ-n 18-ci maddəsi) Yuxarıda göstərilmiş qanunvericiliyin tələblərinə əsasən, icra sənədi üzrə icraat qanunvericiliydə nəzərdə tutulan bir sıra hallarda, o cümlədən, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, məcburi olaraq dayandırılır. Lakin icra sənədi üzrə icraatın dayandırılması icra məmurunun səlahiyyətinə daxildir. Bundan başqa, icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallar mövcud olduqda, icraat dayandırıla bilər, lakin bu yalnız icra məmurunun təqdimatına əsasən mümkündür. Hazırki mübahisədə icra məmuru tərəfindən icraatın dayandırılması ilə bağlı təqdimat verilməmişdir. Həmçinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsində göstərilmiş icra sənədi üzrə icraatın dayandırıla biləcəyi hallar mövcud deyildir. İşin faktiki hallarından göründüyü kimi borclu tərəfindən icra sənədi üzrə icraatın dayandırılması tələbi ilə bağlı ərizə ilə Nəsimi rayon İcra şöbəsinə müraciət edərək, icraatın dayandırılmasını tələb etsə də, icra məmuru tərəfindən bununla bağlı hər hansı bir hərəkət edilməmiş (dayandırma və ya bundan imtina barədə), ərizəyə münasibət bildirilməmişdir. Bundan sonra borclu hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən icra sənədi üzrə icraatın məcburi dayandırılması zəruri olduğu halda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Bundan başqa, işin digər bir mübahisəsiz halı da odur ki, hazırki ərizənin verilməsinin əsasında borclu tərəfindən Pirallahı Rayon Məhkəməsinə müraciət edilməsi və buna görə də icra vərəqəsinin icrasının dayandırılması durur (e-2(094)-208/2025 saylı mülki iş). Halbuki, məhkəmə qeyd edir ki, borclu tərəfindən başqa bir iddia tələbi ilə məhkəməyə müraciət edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə icraatın dayandırılması üçün əsas ola bilməz. Həmçinin, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumata əsasən həmin iş üzrə borclunun iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən şikayət verilib-verilməməsi barədə məlumat isə borclu tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə də, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, borclu (ərizəçi) Zeynal Məhəmməd tərəfindən irəli sürülən dəlillər qanuni qüvvəyə minmiş məhkəmə qərarına dair icra sənədinin icraatının dayandırılması üçün əsas hesab edilə bilməz. Belə ki, hazırkı iş üzrə qanuni qüvvəsini almış icra sənədi üzrə icraatın dayandırılması üçün faktiki və hüquqi əsas yoxdur. Odur ki, borclu (ərizəçi) X10 tərəfindən verilən ərizə əsassız hesab edilməklə rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4177/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatın bir hissədə dayandırılması barədə icra sənədi üzrə borclu (ərizəçi) X10 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(006)-474/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-474/2025
30.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver