Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-475/2025 11.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, icra məmuru X9 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3889/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “borclunun əmlakı üzərinə həbs qoyulması” haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə borclu X1 rayon İcra şöbəsinin icra məmuru X3 hərəkətindən - “borclunun əmlakı üzərinə həbs qoyulması” haqqında qərardan şikayət verərək, icra məmuru X6 tərəfindən qəbul edilmiş, mülkiyyətində olan “Tofaş Şahin minik” markalı, **- KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması haqqında qərarın ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3889/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi əsasında icra işi başlanılmışdır. xx.xx.2025-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin İcra məmuru Elşən Ziyəddinov tərəfindən ona məxsus “Tofaş Şahin minik” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə qərar qəbul edilmişdir. Nəzərə çatdırır ki, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına qeydiyyatda olsa da, atası İmamverdiyev Nadir avtomobildən istifadə etməklə taksi fəaliyyəti göstərir. Sözügedən avtomobil onun yeganə gəlir mənbəyi olub, ailənin dolanışığını təmin etməyə xidmət edir. Avtomobilin üzərinə həbs qoyulması faktiki olaraq İmamverdiyev Nadirin əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanını məhdudlaşdırır. Onu da qeyd edir ki, mülkiyyətində olan digər iki avtomobil üzərinə icra məmurunun müvafiq qərarı ilə həbs qoyulmuşdur. Bu əmlakların borcun ödənilməsi üçün tam kifayət etməsinə baxmayaraq, “Tofaş Şahin minik” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması əsassızdır. Tələbkara məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru X12 məhkəmə tərəfindən qəbul ediləcək yekun məhkəmə aktına heç bir etirazı olmadığını və həmin aktın nəticəsini məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirdi. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını nəzərdən keçirərək hesab edir ki, tələbkar tərəfindən verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Borclunun ərizəsinə qoşma olaraq əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “borclunun əmlakı üzərinə həbs qoyulması” haqqında qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3889/2013 nömrəli, xx.xx.20131-cü il tarixli icra sənədi üzrə X2nun mülkiyyətində olan “Tofaş Şahin minik” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3889/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh X4 iddiaçı "xxxx" ASC-nin xeyrinə 24.076 ABŞ dolları 19 sent əsas borcu, 5.650 ABŞ dolları 20 sent məbləğində faiz borcu, 866 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 30.592 ABŞ dolları 39 sent məbləğində borc qətnamə icra olunan vaxt manata uyğun məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 27 manat 80 qəpik məbləğində pul tutulmalı, tutma cavabdeh X7 məxsus olan «Hyundai Sonata markalı, **-LA-*** dövlət nömrə nişanlı (buraxılış ili 2010-cu il, ban KMHEC41CBBA213862, mühərrik G4KEAU137812, ağ mirvari rəngli) avtomobilə yönəldilməli, həmin avtomobil ilkin satış qiyməti 33.036 ABŞ dolları müəyyən edilməklə açıq hərracdan satılmalı və əldə olunmuş vəsait kredit borcunun ödənilməsinə yönəldilməli və satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan məbləği cavabdeh X7 qaytarılmalıdır. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubun və ona əlavə edilmiş həmin tarixli “icrası mümkün olmayan icra sənədinin qaytarılması” haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-3889/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinin icrası mümkün olmadığından geri qaytarılmışdır. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli “icraata başlamaq” haqqında qərarının surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılması qərara alınmış və eyni tarixli bildirişlə borcluya tələbi 10 gün müddətində könüllü icra etməsi barədə müraciət edilmişdir. xx.xx.2019-cu il tarixli könüllü icra barədə bildirişin surətindən müəyyən edilmişdir ki, borcluya tələbi könüllü icra etməsi bildirilmiş, lakin borclu tərəfindən könüllü icra təmin edilməmişdir. Belə olan halda, borcluya məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. “İcra haqqında” Qanunun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərinə aiddir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə icra şöbəsindən icra işini tələb etmiş və icra işi materiallarını araşdıran zaman materiallarda borcluya məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması ilə bağlı qərar aşkar etməmişdir. Belə olan təqdirdə borclu verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “borclunun əmlakı üzərinə həbs qoyulması” haqqında qərarı ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən qəbul edilmiş “borclunun əmlakı üzərinə həbs qoyulması” haqqında xx.xx.2025-ci il tarixli qərar ləğv edilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №8(006)-475/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-475/2025
11.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver