Məhkəmə qərarları › İş №8(006)-477/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-477/2025

22.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-477/2025 22.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və məhdudiyyətin götürülməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və ** UB *** dövlət qeydiyyat nişanlı “Chevrole Malibu” minik avtomobilinin üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə ondan övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 xeyrinə cəmi 380 manat alimentin alınaraq verilməsi qət edilmişdir. Bir neçə gün əvvəl Nəsimi rayon icra şöbəsi tərəfindən ona məlumat vermədən əmlakın üzərinə həbs qoyulmuşdur. Ona görə də tərəfindən müvafiq ərizə ilə icra şöbəsinə müraciət edərək, ** UB *** dövlət qeydiyyat nişanlı Chevrolet Malibu minik avtomobilinin üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını xahiş etmişdir. Lakin, müraciəti təmin edilməmişdir. Məhkəmə iclasında borclu şikayətinin təmin edilməsini xahiş etdi. Tələbkara və Nəsimi rayon icra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməisinə baxmayaraq, tələbkar və Nəsimi rayon icra şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, ərizəni iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, ərizə təmin edilməməlidir. Nəsimi rayon icra şöbəsinin e19275/2023-5-36-007 saylı icra işindən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-920/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin icra işində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-920/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdən etibarən Maraqlı şəxs ilə X6 birgə nikahından olan xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 190 manat olmaqla cəmi 380 manat sabit pul məbləğində alimentin tutularaq Maraqlı şəxs ödənilməsi qərara alınmışdır. Həmin icra işində olan Nəsimi rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X1 9780 manat aliment borcu vardır. Həmin icra işində olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli borclunun əmlakı üzərinə həbs qoyulması barədə qərarından görünür ki, X1 mülkiyyətində olan “Chevrolet Malibu” minik markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhdudiyyət qoyulması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Həmin Qanunun 50.6-cı maddəsinə əsasən konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Göründüyü kimi, icra məmuru qanunvericiliyin tələbinə uyğun olaraq, icra sənədinin vaxtında icra edilməsi üçün icra hərəkətlərini həyata keçirmişdir. Qeyd olunanlarla müəyyən olunur ki, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar yoxdur, ərizədə irəli sürülən dəlillər formal olmaqla, heç bir hüquqi əsası yoxdur, ona görə ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və məhdudiyyətin götürülməsi barədə şikayəti təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar